Əsas səhifə » Türkiyədə meşə yanğını baş verib

Türkiyədə meşə yanğını baş verib

BAKI, AzerVoice

Türkiyənin Balıkesir vilayətində meşə yanğını baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, yanğın, Balıkesirin Adaören kəndi ərazisində yerləşən meşəlik sahədə başlayıb. Yanğının səbəbi hələ ki, məlum deyil.

Hadisə yerinə Balıkesir Bələdiyyəsi Yanğınsöndürmə və Meşə İdarəsi qrupları əraziyə cəlb olunub.

Hazırda yanğının nəzarət altına alınması üçün hava və quru qüvvələri ilə müdaxilə davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice