Əsas səhifə » Türkiyə- Finlandiya müdafiə sənayesi əməkdaşlığına dair yeni memorandum imzalayıb

Türkiyə- Finlandiya müdafiə sənayesi əməkdaşlığına dair yeni memorandum imzalayıb

BAKI, AzerVoice

Türkiyə və Finlandiya müdafiə sənayesində strateji əməkdaşlığa başlayır.

AzerVoice xəbər verir ki, Türkiyə ilə Finlandiya arasında müdafiə sənayesi sahəsində yeni anlaşma memorandumu imzalanıb.

Saziş birgə istehsal, texnologiya mübadiləsi və bacarıqların inkişafını əhatə edir.

Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin (SSB) sədri Haluk Görgün bildirib ki, bu memorandum müdafiə sənayesində yeni bir mərhələnin başlanğıcını qoyur.
“Finlandiya ilə imzaladığımız anlaşma birgə istehsal, texnologiyanın inkişafı və potensialın paylaşımı sahələrində yeni bir dövrün qapısını açır.” - deuə o qeyd edib.

SSB-nin rəsmi "X" hesabında yayılan açıqlamada vurğulanıb ki, memorandum Finlandiya Müdafiə Nazirliyinin Resurs Siyasəti üzrə Baş direktoru və Milli Silahlar Direktoru Olli Ruyutu Görest və Finlandiya tərəfi tərəfindən imzalanıb.

“Bu saziş NATO müttəfiqləri olan Türkiyə və Finlandiya arasında müdafiə sənayesi əməkdaşlığının inkişafı və optimallaşdırılmasını hədəfləyir. Anlaşmanın hər iki ölkə və NATO müttəfiqləri üçün faydalı olacağına inanırıq.” - deyə Bəyanatda qeyd olunub.

“Bu əməkdaşlıq NATO-nun çəkindiriciliyini gücləndirəcək və Avropanın müdafiə sənayesində inteqrasiya istiqamətində mühüm addım olacaq. Finlandiya ilə qurulan bu tərəfdaşlıq, ortaq təhlükəsizlik baxışının və davamlı sülhün təməlidir.” - deyə Haluk Görgün əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice