Əsas səhifə » Türkiyə Rusiya-Ukrayna danışıqlarında əsas rola sahibdir - ABŞ səfiri

Türkiyə Rusiya-Ukrayna danışıqlarında əsas rola sahibdir - ABŞ səfiri

BAKI, AzerVoice

Türkiyə Rusiya-Ukrayna danışıqlarında əsas rola sahibdir.

AzerVoice xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak ilk açıqlamasında Türkiyənin Rusiya-Ukrayna münaqişəsinin həllində əsas vasitəçi rolu oynadığını bildirib.

Səfir həmçinin Trampın Prezident Ərdoğanla yaxşı münasibətlərə malik olduğunu vurğulayıb.

İstanbulda Çırağan sarayında keçirilən və Rusiya-Ukrayna müharibəsinə son qoymağı hədəfləyən üçtərəfli toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir. İclasa MİT rəhbəri İbrahim Kalın da qatılıb.

“Türkiyə həm Rusiya, həm də Ukrayna ilə əlaqələri baxımından unikal mövqedədir və dialoq üçün mühüm körpü rolunu oynayır. Regional səviyyədə ABŞ-a da mühüm dəstək verir.” - deyə NTV-yə verdiyi müsahibədə Barak bildirib.

Barak Qərbin keçmiş Suriya siyasətini tənqid edərək, “Köhnə yanaşmalar işə yaramadı. Yeni yanaşmada süni sərhədlər deyil, yerli strukturlar və xalqlar nəzərə alınmalıdır.” - deyə bildirib. O, ABŞ-ın bölgədəki hərbi varlığının azaldılacağını və artıq bəzi bazaların bağlanacağını da qeyd edib.

YPG ilə bağlı danışıqları “ticarət prosesinə bənzər” adlandıran Barak, onların ABŞ ilə əməkdaşlığının davam etməsinin konkret nəticələrə bağlı olduğunu söyləyib.
O, Türkiyənin İsraillə münasibətlərdə kritik rol oynadığını, bu əlaqələrin dini qarşıdurma kontekstində deyil, regional sabitlik prizmasında qiymətləndirilməli olduğunu bildirib. AB ilə münasibətləri şərh edərkən isə, “Ən güclü müdafiə müttəfiqinin birliyə qəbul edilməməsi absurddur,” - deyə bildirib.

Barakın sözlərinə görə, Tramp administrasiyası Türkiyə ilə münasibətləri yeni mərhələyə daşımaq niyyətindədir. “Türkiyə region üçün nümunəvi tərəfdaşdır.” - deyə vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice