Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    Məmlüklər kim idi? Tarixi güc mərkəzinə çevrilmiş hərbi zümrənin hekayəsi

    15 Noyabr 2025 07:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Məmlüklər tarixin müxtəlif dövrlərində həm köləlik sistemi ilə bağlı sosial münasibətləri, həm də böyük dövlətçilik ənənələrini birləşdirən unikal bir fenomen kimi çıxış etmişlər. Onlar kimlərinsə mülkiyyətində olan insanlar və kölələr idi. Məmlüklərin əksəriyyəti qara dərili afrikalılar, qəbilələrarası döyüşlərdə əsir alınanlar və yoxsulluq səbəbilə özlərini könüllü şəkildə köləliyə verənlərdən ibarət olurdu. Hətta bəzi insanlar aclıq və ehtiyac üzündən öz uşaqlarını da köləliyə verirdilər.

    Hz. Məhəmmədin peyğəmbərlik dövründə köləlik bütün dünyada geniş yayılmışdı və o dövrün sosial-iqtisadi sistemi köləsiz təsəvvür olunmurdu. İslam fiqhində kölələrin hüquqi statusu ayrıca tənzimlənmiş, onların qorunması və mərhəmətlə davranılması (Quran, 4:36) şəriətin əsas prinsiplərindən biri kimi təsbit edilmişdi. İslam yalnız müsəlman olmayan hərbi əsirlərin köləliyini tanıyır, könüllü köləliyi və uşaqların satılmasını qəti qadağan edirdi. Kölələr müəyyən məbləğ ödəməklə azad ola bilir, zorla müsəlmanlaşdırılmır, öz dinlərində qalmaq hüququna sahib olurdular.

    Onların qanuni hüquqları da mövcud idi: ailə qurmaq, azad övladlara sahib olmaq, sahibləri ilə razılaşaraq öz azadlıqlarını almaq və zorakılıqdan qorunmaq kimi hüquqlar fiqh qaydaları ilə təmin edilirdi.Məhəmməd Peyğəmbər köləliyi ləğv etmişdir.

    Misir Məmlükləri – Köləlikdən imperiya quruculuğuna

    Misirdə Əyyubilər dövründə Türküstan və Qafqazdan gətirilmiş hərbi qullar bir müddət sonra ölkənin siyasi taleyini dəyişdilər. 1250-ci ildə türk əsilli məmlüklər Əyyubiləri devirdilər və hakimiyyəti ələ keçirdilər. Onlar Sultan Bəybarsın rəhbərliyi altında 1260-cı ildə Əyn Cəlutda monqolları ağır məğlub edərək onların Yaxın Şərqə doğru irəliləməsinin qarşısını aldılar. Ardınca 1268-ci ildə xaçlı ordularına sarsıdıcı zərbə vurdular.

    Bundan sonra Suriyanı, Fələstini və Kiçik Asiyanın cənubundakı Kilikiya dövlətini öz hakimiyyətlərinə qatdılar. Monqolların Bağdadı viran etməsindən sonra məmlüklər Abbas sülaləsinin varislərini Misirə gətirərək xəlifəliyi formal şəkildə bərpa etdilər. Məkkə və Mədinə də onların nəzarəti altında idi.

    1516-cı ildə Osmanlı Sultanı I Səlim məmlükləri Hələb yaxınlığında məğlub etdi və onların müstəqil hakimiyyəti sona çatdı. Lakin onlar uzun müddət Misirdə nüfuzlu hərbi zümrə kimi qaldılar. Nəhayət, 1811-ci ildə Məhəmməd Əli Paşa məmlük zümrəsini tamamilə aradan qaldırdı.

    Məmlüklər dövləti iki əsas sülalədən ibarət idi: Bəhrilər (türklər) və Bürcilər (qafqazlılar). Dövlət tamamilə hərbi sistemə əsaslanırdı və məhz bu səbəbdən monqollar kimi güclü imperiyaya qarşı dura bilmişdilər.

    #İslam irsi #Məmlüklər #Məmlüklər hakimiyyəti #Misir Məmlük dövləti #Sultan Bəybars #Əyn Cəlut döyüşü #Monqolların məğlubiyyəti #Əyyubilər dövləti #Bəhrilər sülaləsi #Bürcilər sülaləsi #İslam fiqhində köləlik #Köləlik tarixi #Bağdadın süqutu #Kiçik Asiya tarix #Orta əsr İslam tarixi #Qafqaz məmlükləri #Məmlüklərin Misirdə hakimiyyətə gəlməsi haqqında geniş izah #Sultan Bəybarsın monqollara qarşı qələbəsinin səbəbləri #İslam dinində köləlik institutunun hüquqi əsasları #Bəhrilər və Bürcilər sülalələrinin fərqləri #Məmlük dövlətinin hərbi sistemi necə qurulmuşdu #Misir Məmlük dövlətinin Osmanlılarla müharibəsi #Monqol işğallarına qarşı İslam dünyasının müdafiəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02

    İslam elminin Avropaya keçidi: gizlədilmiş həqiqətlər, tərcümələr və elmi mirasın mənimsənilməsi

    16 Noyabr 2025 18:00

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00

    İslam dünyası bir-birinə bağlı bina kimi olmalıdır - Ərdoğan

    3 Noyabr 2025 16:38

    Əbu Muhəmməd Həsən əl-Azəri

    2 Noyabr 2025 21:00

    İslam Mətbəxi Avropanı Necə Dəyişdirdi?

    2 Noyabr 2025 19:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00
    Demo
    XƏBƏR LENTİ

    İran, Kanadanın krallıq donanmasını terror təşkilatı olaraq təyin edib

    İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən 7800-dən çox şəxsin məşğulluğu təmin edilib

    Ərdoğan, Somali Prezidentini qəbul edib

    Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib

    Türkiyədən İraqa kimyəvi maddə ixracı 1 milyard dolları keçib (ÖZƏL)

    Hər hansı bir hücuma sərt cavab verəcəyik - Pezeşkian

    Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

    Əcəmi Naxçıvaninin 900 illiyi qeyd ediləcək

    Azərbaycanda yeni tikilən binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.