
BAKI, AzerVoice
"Yuventus"un qapıçısı Mattia Perin A Seriyasında klubunu dəyişəcək.
AzerVoice xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, italiyalı qolkiper "Cenoa"ya keçəcək. Artıq klublar arasında razılıq əldə olunub. 33 yaşlı "əlcək sahibi" yanvar ayında "mavi-qırmızılar"ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Yuventus" Mattia Perini 2018-ci ilin yayında məhz "Cenoa"dan transfer edib.