Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ABŞ, İranlı gənclərin cəsarəti qarşısında məğlub oldu - Xamenei

    27 Dekabr 2025 12:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran lideri Əli Xamenei, ABŞ ordusunun İranlı gənclərin cəsarəti və fədakarlığı qarşısında məğlub olduğunu iddia etdi.

    AzerVoice xəbər verir ki, İran lideri Əli Xamenei, Avropadakı İslam Tələbə Cəmiyyətləri Birliyinin illik toplantısı üçün rəsmi internet səhifəsində mesaj yayımladı.

    İran lideri mesajında, "ABŞ ordusunun və onun bu bölgədəki uzantısının ağır hücumu, İranlı gənclərin cəsarəti və fədakarlığı qarşısında məğlub oldu." ifadəsini istifadə etdi.

    Ölkəsinin hücuma uğramasının və sanksiyalarla üzləşməsinin tək səbəbinin nüvə məsələsi olmadığını iddia edən Xamenei, əsas problemin İranın "istilaçı dövlətlərə qarşı mübarizəsi" olduğunu vurğuladı.

    Xamenei, hücumlarda alimlər, komandirlər və vətəndaşların həyatını itirməsinin kədərini yaşadıqlarını bildirdi və İranlı gənclərin bu kədərə baxmayaraq əsla dayanmacağını qeyd etdi.

    Qeyd edək ki, İsrail, 13 iyun tarixində İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini və ordunun yüksək komanda səviyyəsini hədəf alan genişmiqyaslı hücumlar həyata keçirmişdi.

    İranın Baş Qərargah Rəhbəri, İnqilab Keşikçiləri Komandanı və bəzi yüksək rütbəli komandirlər ilə 9 nüvə alimi hücumlar zamanı həlak olmuşdu.

    İsrailə açıq dəstək verən ABŞ, 22 iyun tarixində İranın Natanz, Fordo və İsfahan şəhərlərindəki 3 nüvə obyektinə hücum etmişdi.

    İran, ABŞ-ın hücumuna cavab olaraq 23 iyun tarixində, ABŞ-ın Qətərdəki Əl-Udeyd Hava Bazasına hücum etmiş, ABŞ Prezidenti Donald Tramp isə 24 iyun tarixində İran ilə İsrail arasında atəşkəsin əldə olunduğunu elan etmişdi.

    #Donald Tramp #Əli Xamenei #Ayətulla Seyid Əli Xamenei #İsrail və İran gərginliyi #Trampın siyasətləri #Trampın fərmanları #Ali Xamenei 2025 #Donald Trump və Ali Xamenei #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    Dünyada lağ obyektinə çevrilmişik - Tramp

    9 Fevral 2026 11:06

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    8 Fevral 2026 22:48
    XƏBƏR LENTİ

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.