
BAKI, AzerVoice
"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılmış İrfan Can Kahveci karyerasını İngiltərədə davam etdirə bilər.
AzerVoice xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu "Hall Siti" türkiyəli vingeri transfer etmək istəyir.
Super Liqa nəhəngi İrfan Canın satışından 10 milyon avro gəlir əldə etməyi düşünür. Klublar arasındakı danışıqların pozitiv keçdiyi və anlaşma əldə olunmaq ehtimalının yüksək olduğu bildirilir.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən transfer edib.