BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyənin A Milli Futbol Komandası 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi E qrupundakı ilk oyununda səfərdə Gürcüstanı 3:2 hesabı ilə məğlub edib.
AzerVoice xəbər verir ki, Boris Payçadze Stadionunda baş tutan qarşılaşmada Türkiyə millisinə qələbəni gətirən qolları 3-cü dəqiqədə Mert Müldür, 41-ci və 52-ci dəqiqələrdə isə Kerem Aktürkoğlu vurub.
Gürcüstan millisinin qolları 63-cü dəqiqədə Davitaşvili və 90+8-ci dəqiqədə Kvaratsxeliya tərəfindən qeydə alınıb.
66-cı dəqiqədə meydana daxil olan Barış Alper Yılmaz 71-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb. Buna baxmayaraq, “ay-ulduzlular” sona qədər mübarizə apararaq üstünlüyünü qoruyub və seçmə mərhələyə 3 xalla başlayıb. Bu nəticə ilə Türkiyə qrupda liderliyə yüksəlib, Gürcüstan isə xal hesabını aça bilməyib.
Türkiyə millisinin növbəti oyunu oktyabrın 7-də, bazar günü Konyada İspaniyaya qarşı keçiriləcək.
Gürcüstan – Türkiyə: 2–3
Stadion: Boris Payçadze stadionu
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio (İtaliya)
Gürcüstan: Mamardaşvili, Kakabadze (85 Gocholeishvili), Kaşia, Qoqliçidze, Loxoşvili (69 Azarov), Tsitaishvili (46 Gagnidze), Koçoraşvili, Mekvabişvili (81 Quliaşvili), Davitaşvili, Kvaratsxeliya, Mikautadze
Türkiyə: Uğurcan Çakır, Mert Müldür, Merih Demiral, Abdülkerim Bardakcı, Eren Elmalı, İsmail Yüksek (46 Orkun Kökçü), Hakan Çalhanoğlu, Yunus Akgün (66 Oğuz Aydın), Arda Güler (86 İrfan Can Kahveci), Kenan Yıldız (79 Ferdi Kadıoğlu), Kerem Aktürkoğlu (66 Barış Alper Yılmaz)
Qollar: 3-cü dəq. Mert Müldür, 41 və 52-ci dəq. Kerem Aktürkoğlu (Türkiyə); 63-cü dəq. Davitaşvili, 90+8-ci dəq. Kvaratsxeliya (Gürcüstan)
Qırmızı vərəqə: 71-ci dəq. Barış Alper Yılmaz (Türkiyə)
Sarı vərəqələr: 21-ci dəq. İsmail Yüksek, 74-cü dəq. Kenan Yıldız, 90+10-cu dəq. Hakan Çalhanoğlu (Türkiyə); 39-cu dəq. Loxoşvili, 40-cı dəq. Kakabadze, 73-cü dəq. Koçoraşvili, 90-cı dəq. Mikautadze (Gürcüstan)