Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Fənərbaxçada İsmail Kartal dövrü yenidən başlayır

    4 Sentyabr 2025 14:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fenerbahçe rəhbərliyi, yeni mövsümə daha güclü başlamaq və çempionluq hədəfi ilə yola çıxmaq üçün İsmail Kartal ilə yollarını bir daha birləşdirdi.

    AzerVoice xəbər verir ki, İsmail Kartal daha öncə 2021–2022 və 2022–2023 mövsümlərində də Fenerbahçe-də baş məşqçi vəzifəsini icra etmişdi. Yenidən komandaya qayıdan təcrübəli çalışdırıcının müqaviləsinin detalları isə yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

    Qeyd edək ki, 25 may 1961-ci ildə İstanbulda anadan olub. Futbolçu karyerasına Sarıyerdə başlayıb. Sarıyerdəki çıxışı ilə diqqət çəkdikdən sonra "Qaziantepspor"a transfer olunub.

    2 il “Qaziantepspor”da çıxış edən İsmail Kartal 1983-cü ildə “Fənərbaxça”ya transfer olunub. 10 il sarı-göylü komandada çıxış edən Kartal "Fənərbaxça"nın simvolik adlarından biri olub. “Fənərbaxça” karyerasında 235 matça çıxan İsmail Kartal 9-u penaltidən olmaqla cəmi 15 qol vurub.1993-cü ildə “Dənizlispor”a transfer olunan İsmayıl Kartal son olaraq “Adanaspor”da oynayıb, daha sonra futboldan ayrılıb.

    Milli komanda karyerası

    O, ilk dəfə 1982-ci ildə Türkiyə U-21 komandasına çağırılıb. U-21 komandasında 2 dəfə oynadıqdan sonra 6 dəfə Milli Futbol Komandasında çıxış edib və 8 beynəlxalq matçda 1 qol vurub.

    Baş məşqçi karyerası

    Futbolçu karyerasından sonra məşqçi olmaq yolunda ilk addımlarını atan Kartal 1998-1999 mövsümündə Fənərbaxçada alman məşqçi Yoahim Lövün köməkçisi vəzifəsində çalışıb.

    2000-ci ildə "Kardemir Karabükspor"da ilk baş məşqçi vəzifəsini icra edən İsmayıl Kartal 2003-2004 mövsümündə "Fənərbaxça"da gənclər akademiyası məşqçisi vəzifəsində çalışıb.

    2004-cü ildə "Sivasspor"u təhvil alan məşhur məşqçi "Sivasspor"u tarixdə ilk dəfə Superliqaya çıxarıb. Mardinspor, Altay, Malatyaspor, Orduspor və Konya Şekerspor komandalarında da çalışıb, Kartal 2010-cu ildə Fənərbaxçaya köməkçi məşqçi kimi qayıdıb.

    4 il "Fənərbaxça"nın texniki heyətində xidmət edən İsmayıl Kartal 2014-2015 mövsümünün əvvəlində baş məşqçi vəzifəsinə təyin olunub. O, ilk derbisini eyni mövsümdə forma geyindiyi “Beşiktaş”a qarşı keçirib.

    Vəzifəsini tərk etdikdən sonra “Eskişəhərspor”la müqavilə imzalayan Kartal “Qaziantepspor”, “MKE Ankaragücü”, “Çaykur Rizəspor”, “Konyaspor” və “BB Ərzurumspor”u çalışdırıb.

    İsmail Kartal 2021-2022 mövsümündə "Fənərbağça"nı yarım mövsüm çalışdırıb və mövsümü 2-ci yerdə başa vurub. O, mövsümün sonunda "Fənərbağça"dan ayrılıb və onun yerinə portuqaliyalı baş məşqçi Jorge Jesus gətirilib.Sarı-lacivertlilər komandasında Jorge Jesusla yollarını ayırdıqdan sonra 2023-2024-cü il mövsümündən etibarən baş məşqçi vəzifəsinə qayıdıb.

    #Fenerbahçe #Fenerbahçe prezidenti #2025 Fenerbahçe seçkisi #Fenerbahçe seçki tarixi #Qaziantepspor #İsmail Kartal
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fənərbaxça qapıçı mövqeyini Mert Günok ilə gücləndirməyi planlaşdırır

    29 Dekabr 2025 13:32

    Fənərbaxça yeni prezidentini seçəcək

    20 Sentyabr 2025 12:29

    Benfika, Kərəm Aktürkoğlunun Fənərbaxçaya transfer olduğunu açıqladı

    29 Avqust 2025 17:25

    Fənərbaxça Joze Mourinyo ilə yollarını ayırıb

    29 Avqust 2025 11:42

    Fənərbahçe mövsümə Göztepe səfərində başlayır

    16 Avqust 2025 10:11

    Qalatasaray, Karagümrük qarşısında azarkeşi önünə çıxır

    15 Avqust 2025 09:39

    Fenerbahçe Göztəpə səfəri ilə mövsümə başlayır

    14 Avqust 2025 12:35

    Fenerbahçe Çempionlar Liqasında Yoluna Davam Edir

    13 Avqust 2025 09:26

    Fenerbahçe Kadıköydə Feyenoordu qəbul edir

    11 Avqust 2025 14:51

    Türkiyə Süper Liq Tarixində Ən Çox Xal Toplayan Klublar Açıqlanıb

    10 Avqust 2025 17:54

    Türkiyə Süper Liqasında ilk saniyələrdə vurulan qolların siyahısı

    9 Avqust 2025 17:32

    Allan Saint-Maximin Club America’ya transfer oldu

    9 Avqust 2025 14:53
    Demo
    XƏBƏR LENTİ

    Dövlət Komitəsinin sədri Bakı şəhərində vətəndaşları qəbul edib

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər

    Rusiyadan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    Almaniyanın silah və hərbi texnika ixracı 2025-ci ildə azalıb

    Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tariflər müzakirə edilib

    Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsini təsdiqlənib

    İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi təsdiqlənib

    İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi təsdiqlənib

    Gələn il yaşayış minimumu 300 manat olacaq

    Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.