BAKI, AzerVoice
İsrail ordusunun istefada olan polkovniki Eran Lerman Türkiyə ilə mümkün qarşıdurma ssenarilərinə dair diqqətçəkən açıqlamalar verib.
AzerVoice xəbər vereir ki, Lerman bildirib ki, İsrail ordusu NATO-nun ikinci ən böyük gücü olan Türkiyə ordusu ilə müharibəyə hazır deyil.
“Biz belə böyük bir ordu ilə müharibəyə qətiyyən hazır deyilik. Ümid edirəm ki, heç vaxt bu həddə çatmarıq”-deyə o bildirib.
Onun sözlərinə görə, İsrailin imkanları məhduddur, lakin ölkənin dəniz qüvvələri istedadlı və cəsurdur, havada isə üstünlüklərin mövcud olduğuna inanır.
“Bütün bunlara baxmayaraq, Türkiyənin quru qoşunları çox böyükdür və biz onlarla birbaşa müharibəyə heç vaxt girməməliyik”- deyə o əlavə edib.
Polkovnik əlavə edib ki, Türkiyə ilə qarşıdurma ehtimalı əsasən Suriyada dolayı – proxy müharibələr formasında özünü göstərəcək.
“Bu oyun Suriyada davam edəcək, amma biz türklərlə birbaşa müharibədən qaçmaq üçün əlimizdən gələni etməliyik”-deyə o əlavə edib.