Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Türkiyə və Gürcüstan milliləri 7-ci dəfə üz-üzə gəlir

    4 Sentyabr 2025 10:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə A Milli Futbol Komandası, 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi çərçivəsində ilk oyununda Gürcüstan millisi ilə qarşılaşacaq. Bu görüş, iki komanda arasında tarixdə 7-ci duel olacaq.

    AzerVoice xəbər verir ki, ay-ulduzlular indiyədək Gürcüstanla keçirilmiş 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyətlə meydanı tərk edib. Bu oyunlarda Türkiyə rəqib qapısından 15 top keçirib, qapısında isə 6 qol görüb.

    İki komanda son dəfə 2024-cü ildə Almaniyada keçirilən Avropa Çempionatının qrup mərhələsində üz-üzə gəlib. Dortmund şəhərində oynanılan qarşılaşmada Türkiyə millisi Gürcüstan üzərində 3:1 hesablı qələbə qazanıb.

    Bu oyunda Türkiyənin qollarını Mert Müldür, Arda Gülər və Kərəm Aktürkoğlu vurub. Gürcüstanın yeganə qoluna isə Mikautadze imza atıb.

    Türkiyə ilə Gürcüstan yığmaları ilk dəfə 21 avqust 2002-ci ildə Trabzonda qarşılaşıb. Hüseyn Avni Aker stadionunda keçirilən yoldaşlıq oyununda Türkiyə 3:0 hesabı ilə qalib gəlib.

    Daha sonra, 2006 Dünya Kubokunun seçmə mərhələsində iki dəfə qarşılaşan komandaların Trabzondakı ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Tiflisdə keçirilən cavab görüşündə isə Türkiyə millisi 5:2 qalib gəlib. Həmin oyunda Tolga Seyhan, Fatih Tekke (2), Koray Avcı və Tuncay Şanlı fərqlənib.

    2007-ci ildə Tiflisdə oynanılan yoldaşlıq oyununda Gürcüstan millisi 1:0 hesablı qələbə qazanıb. 2012-ci ildə keçirilmiş növbəti yoxlama matçında isə Türkiyə Hamit Altıntop, Nuri Şahin və Selçuk İnanın qolları ilə 3:1 hesablı qələbə əldə edib.

    #Türkiyə #Almaniya #FİFA #Gürcüstan #Arda Gülər #Türkiyə millisi #FİFA Klublararası Dünya Çempionatı #Kərəm Aktürkoğlu #FIFA yeni təsnifat sistemi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    “Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

    6 Dekabr 2025 11:58

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

    5 Dekabr 2025 10:43

    2026 FIFA Dünya Kubokunun qrup mərhələsinin püşkü sabah atılacaq

    4 Dekabr 2025 11:34

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    Terroru bitirəcəyik, separatçılığa son qoyacağıq - Bahçeli

    3 Dekabr 2025 10:08

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

    2 Dekabr 2025 12:28
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.