Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Venesuelada səfərbərlik elan edilib

    5 Sentyabr 2025 09:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Venesuela Dövlət Başçısı Nikolas Maduro milli müdafiə sistemini gücləndirmək məqsədilə Milli Bolivarcı Milis Qüvvələrinin genişləndirilməsi üçün yeni səfərbərlik elan edib.

    AzerVoice xəbər verir ki, Maduro ABŞ-ın Karib hövzəsində artırdığı hərbi mövcudluğunu əsas gətirərək milis qüvvələrinin daha da gücləndirilməsi barədə yeni qərarlar açıqlayıb.

    Maduro ölkə üzrə ilk dəfə olaraq 15 min 751 xalq müdafiə bazasının və 5 min 336 kommunal milis biriminin səfərbər ediləcəyini bildirib.

    Venesuela Dövlət başçısı Maduro rəqəmsal platforma vasitəsilə vətəndaşların milis qüvvəsinə yazılmağa davam etdiyini qeyd edərək, illərdir təhsil almış təxminən 4.5 milyon nəfərlik "güclü baza"nın yanında könüllülərlə birlikdə bu sayın 8 milyonu aşmasının gözlənildiyini söyləyib.

    Venesuelanın hər şəraitdə sülhü qoruma və xarici təhdidlərə qarşı özünü müdafiə qabiliyyətinə malik olduğunu vurğulayan Maduro bunun daha da gücləndiriləcəyini bildirib.

    Venesuelalıların cəsarətinin dünya xalqları arasında heyranlıq oyatdığını söyləyən Maduro, "Cənubi Amerika və Kariblərin sülhünü təhdid edən, xalqların hüquqlarına hücum etməyə davam edən şimaldakı aşırı meylli qruplarla, nasist tendensiyaları ilə qarşı-qarşıyayıq" ifadəsini işlədib.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartellərinə qarşı yerində mübarizə iddiası ilə ordunun daha çox və effektiv istifadə olunması göstərişini vermişdi.

    Maduronun 10 ildən artıqdır ABŞ-ın narkotik qaçaqçılığından məsul hesab etdiyi "Cartel de los Soles"in rəhbərliyi ilə əlaqəli olduğu iddia edilir, ABŞ Maliyyə Nazirliyi isə 25 iyulda "Cartel de los Soles"i Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu kimi tanımışdı.

    ABŞ rəhbərliyi 8 avqustda Maduronun həbs olunması və ya məhkum edilməsi barədə məlumat verilməsi qarşılığında əvvəl 25 milyon dollar olan mükafatı 50 milyon dollara qaldırdığını açıqlamışdı.

    Maduro 18 avqustda ABŞ-ın mümkün müdaxiləsi ilə bağlı açıqlamasında "Biz dənizlərimizi, səmaaltılarımızı və torpaqlarımızı müdafiə edirik, azad edirik, nəzarət edib patrul saxlayırıq. Heç bir imperiya Venesuelanın müqəddəs torpaqlarına toxuna bilməz və Cənubi Amerikanın müqəddəs torpaqlarına toxunmamalıdır." - deyə qeyd edib.

    Trampın göstərişi ilə 28 avqustda Karib bölgəsinə Venesuela sularına yaxınlaşan bir sualtı qayıq və 7 döyüş gəmisindən ibarət dəniz qrupu bölgəyə yola çıxmışdı.


    #Donald Tramp #Venesuela #Nikolas Maduro #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın Avropa siyasəti #Venesuelalı miqrantlar #Venesuela xəbərləri #Nikolas Maduro çıxışı #Maduro çağırışı #Venesuela müxalifəti #ABŞ Venesuela əməliyyatı #Nikolas Maduro və ABŞ #Venesuela–ABŞ gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    ABŞ-da Rümeysa Öztürkün deportasiya prosesi dayandırılıb

    10 Fevral 2026 10:27
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.