BAKI, AzerVoice
Fransanın "Paris Sen-Jermen" (PSJ) futbol klubu yay transfer dönəmində ukraynalı müdafiəçi İlya Zabarnını transfer edə bilmək üçün üç futbolçusunu satmağa hazırdır.
AzerVoice xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, satılması mümkün olan oyunçular bunlardır: müdafiəçi Lukas Ernandes, yarımmüdafiəçi Li Kan İn və hücumçu Qonsalu Ramuş. Onların satışından əldə olunacaq vəsait komandanın gücləndirilməsi üçün istifadə olunacaq. Klubun əsas transfer hədəfi Zabarnıdır.
Digər tərəfdən, İngiltərənin "Çelsi" klubu PSJ-ni 3:0 hesabı ilə məğlub edərək Klublararası Dünya çempionatının qalibi olub.
Ötən mövsüm isə PSJ həm Fransa çempionu, həm Fransa Kubokunun qalibi, həm də UEFA Çempionlar Liqasının çempionu olub.