26
BAKI,AzerVoice
FİFA Klubarası Dünya Çempionatı Finalınında İngiltərənin Çelsi klubu, Fransanın PSJ klubu ilə qarşılaşacaq.
AzerVoice xəbər verir ki, qarşılaşma 13 iyul tarixində baş tutacaq.
Yarımfinal mərhələsində Çelsi Braziliyanın Fluminense klubu ilə qarşılaşıb və 0-2 hesabı ilə qalib gələrək finala yüksəlib.
PSJ isə Real Madridi 4:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, bu komandalar sonuncu dəfə 2016-cı ildə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşıblar. Hər iki görüşdə Fransa təmsilçisi 2-1 hesabı ilə qalib gəlib.