Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Qəzza ilə bağlı Ayasofya məscidində keçirilən konfrans başa çatıb, yekun bəyanat oxunub

    29 Avqust 2025 20:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Dünya Müsəlman Alimlər Birliyi və Türkiyədəki İslam Alimləri Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən “İslami və İnsani Bir Məsuliyyət: Qəzza” konfransı Ayasofya məscidində başa çatıb.

    AzerVoice xəbər verir ki, Demokratiya və Azadlıqlar Adasında 22–29 avqust tarixlərində müxtəlif mövzularda seminarlarla davam edən proqram, Ayasofya məscidində qılınan cümə namazı ilə yekunlaşıb. Tədbirdə 50 ölkədən 150 islam alimi iştirak edib.

    Türkiyə Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş namazdan sonra məscidin qarşısında çıxış edərək bildirib ki, Qəzza üçün atılacaq addımları müzakirə etmək məqsədilə İstanbulda genişmiqyaslı konfrans təşkil olunub.

    Erbaş xatırladıb ki, tədbir Eyüp Sultan məscidində qılınan cümə namazından sonra keçirilən mətbuat konfransı ilə başlayıb. O, İsrailin Qəzzada törətdiyi soyqırıma diqqət çəkərək bəzi dövlətlərin birbaşa və ya dolayı yolla İsrailə dəstək verdiyini vurğulayıb.

    Ali Erbaş əlavə edib ki, fələstinlilərin mübarizəsini dəstəkləmək və soyqırımı dayandırmaq, dini, irqi, məzhəbi və mədəni kimliyindən asılı olmayaraq, hər bir insan üçün vicdan və əxlaq məsələsidir. Onun sözlərinə görə, İslam inancına görə zülmə və haqsızlığa biganə qalmaq, zalımlara səs çıxarmamaq birbaşa olaraq onlara şərik olmaq deməkdir və bu, haramdır.

    Erbaş həmçinin milli və beynəlxalq səviyyədə İsrailə qarşı boykotun davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

    Daha sonra İslam Alimləri Vəqfinin rəhbəri, professor Nəsrullah Hacımüftüoğlu konfransın yekun bəyanatını oxuyub. O bildirib ki, Qəzzada davam edən qətliamlar, insanlığa qarşı ağır pozuntular, beynəlxalq ictimaiyyətin – xüsusən də ABŞ-ın susqunluğu və bəzi regional tərəflərin əməkdaşlığı fonunda “Böyük İsrail” layihəsinin reallaşdırılması cəhdləri səbəbindən İstanbulda bu konfrans təşkil olunub.

    Hacımüftüoğlu vurğulayıb ki, konfrans Qəzzaya yardım və dəstək məqsədilə dini və insani məsuliyyətin icrası üçün keçirilib. Onun sözlərinə görə, konfrans çərçivəsində hücumların dərhal dayandırılması və humanitar yardım dəhlizlərinin açılması üçün genişmiqyaslı səfərbərlik çağırışı edilib. O, həmçinin soyqırım cinayətləri ilə mübarizə aparmaq və İsrailin işğalının qarşısını almaq üçün islami və insani bir ittifaqın yaradılmasının vacibliyini də diqqətə çatdırıb.

    #Türkiyə #Qəzza #Qəzza zolağı #Ayasofya #Dünya Müsəlman Alimlər Birliyi #Ali Erbaş #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İslami və İnsani Bir Məsuliyyət: Qəzza konfransı #Türkiyədəki İslam Alimləri Vəqfi #Türkiyə Diyanət İşləri İdarəsi #Nəsrullah Hacımüftüoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29

    Mustafa Çiftçi yeni daxili işlər naziri kimi ilk açıqlamasını verib

    11 Fevral 2026 10:59

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28
    XƏBƏR LENTİ

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.