BAKI, AzerVoice
Bavariya, yay transfer planlarında Florian Virtz və Niko Uilyamsı əldə edə bilmədikdən sonra diqqətini Leipziqin ulduzu Xavi Simonsa yönəldib.
AzerVoice xəbər verir ki, alman nəhəngi artıq 22 yaşlı hücumçunun transferi üçün rəsmi şəkildə Leipzig klubuna müraciət edib.
Simonsun bu ilin yanvarında PSJ-dən Leipziqə daimi keçid etməsinə baxmayaraq, futbolçunun artıq klubdan ayrılmaq istədiyi və bu barədə rəhbərliyə məlumat verdiyi bildirilir. Bavariya rəhbərliyi isə Simonsu komandanın hücum xəttində yaranan boşluğu doldura biləcək əsas həll yolu kimi görür.
Bavariya bu yay Virtz və Uilyams transferlərindən məhrum qaldıqdan sonra hücum xəttində ciddi itkilərlə üzləşib. Camal Musiala zədə səbəbilə bir müddət meydanlardan kənarda qalacaq. Leroy Sane və Matiss Tel isə klubdan ayrılıblar. Xavi Simons isə Vinsent Kompaninin 2025/26 mövsümü üçün formalaşdırdığı taktiki sxemə uyğun, bir neçə mövqedə oynaya bilən çoxşaxəli hücumçu kimi qiymətləndirilir.
Keçən mövsüm zədələr səbəbindən məhdud oyun vaxtı qazanan Niderlandlı futbolçu, buna baxmayaraq 11 qol və 8 assistlə yadda qalıb. Almaniya çempionatında iki il ərzində Simons ümumilikdə 76 oyunda 44 qol vəziyyəti yaradıb.