BAKI, AzerVoice
Argentina hücumçusu Lionel Messi “İnter Mayami” klubunun MLS-in növbəti turunda “Neşvillə” ev oyununda dubl edib.
AzerVoice-un məlumatına görə, Messi ardıcıl beşinci matçında iki qol vurub. Bundan əvvəl o, “Monreal” (3:2, 4:1), “Kolambus” (5:1) və “Nyu-İnqlend Revoluşn” (2:1) komandalarına qarşı da iki dəfə fərqlənmişdi. O, MLS tarixində ardıcıl dörd matçda ən azı iki qol vuran ilk futbolçu olub.
Messinin məhsuldar seriyası altı oyuna çatıb. Bu dövrdə o, ümumilikdə 11 qol vurub. MLS tarixində belə bir nəticəyə yalnız 2018-ci ildə “Atlanta” klubunda çıxış edən Venesuela hücumçusu Xosef Martinez nail olmuşdu.
Messinin aktivində hazırda 16 oyunda 16 qol var. O, “Neşvill” klubunun ingilis hücumçusu Sem Serriclə birlikdə bombardirlər siyahısında birinci yeri bölüşür.
“Neşvillə” qarşı oyun 2:1 hesabı ilə “İnter Mayami”nin xeyrinə başa çatıb. Komanda Şərq konfransının turnir cədvəlində 19 oyundan sonra 38 xalla 5-ci yeri tutur. Klublararası Dünya Çempionatında iştirak etdiyi üçün digər rəqiblərindən 2-3 oyun az keçirib.