Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzza zolağındakı daşınmaz əmlak qənimətini ABŞ ilə paylaşacağıq - Smotriç

    18 Sentyabr 2025 09:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail Maliyyə Naziri Batseliel Smotriç, Qəzza Zolağının tam işğal və ilhaq edilməsini müdafiə edir. O, 7 oktyabr 2023-dən bəri İsrailin hücumlarında 65 mindən çox Fələstinlinin həyatını itirdiyi Qəzzada zəngin bir daşınmaz əmlak qəniməti olduğunu və bu qəniməti amerikalılarla paylaşacaqlarını bildirib.

    AzerVoice xəbər verir ki, İsrail dövlət televiziya kanalı KAN-ın məlumatına görə, Smotriç, Əmlak Mərkəzi Şəhər Yenidənqurma Zirvəsində Qəzza Zolağında qanunsuz məskunlaşmanın olub-olmayacağı sualına cavab verib.

    Qəzzada zəngin bir daşınmaz əmlak qənimətinin olduğunu vurğulayan Smotrich, müharibə bitəndə bu qəniməti amerikalılarla paylaşacaqlarını bildirib: “Amerikalılarla ciddi danışmışam. Müharibəyə çox pul xərcləmişik və indi torpaqları ədalətli şəkildə bölüşməliyik.”

    Smotriç, ABŞ Prezidenti Donald Trumpın masasında “peşəkarlar tərəfindən hazırlanmış” bir iş planı olduğunu, Qəzzada dağıntı mərhələsinin başa çatdığını və indi yeni binaların tikintisinə başlanmalı olduğunu müdafiə edib.

    İsrailin aşırı sağçı Maliyyə Naziri Smotriç, hücumlar bitəndən sonra Qəzza Zolağının İsrailə ilhaq edilməli olduğunu müdafiə edir.

    İsrail 2005-ci ildə Qəzzadan çıxarkən boşaldılan qanunsuz yəhudi məskənlərini bölgədə yenidən quracaqlarını dəfələrlə bildirib və bunu reallaşdırmağa çox yaxın olduqlarını ifadə edib.

    “Qəzzanı bir ərəb ölkəsindən digərinə ötürmək üçün bu fədakarlıqları etmədik. Qəzza, İsrail torpaqlarının ayrılmaz bir hissəsidir.” - deyə Smotriç qeyd edib.

    #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzanın işğalı #Betsalel Smotriç planları #Qəzzanın bərpası 2025 #İsrail və Qəzza münaqişəsi #İsrail ABŞ Qəzza yardımı #Betsalel Smotriç #İsrail Qəzza bombardmanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.