BAKI, AzerVoice
Argentina millisinin dünya çempionu yarımmüdafiəçisi Rodriqo De Paul, İspaniyanın Atletiko Madrid klubundan MLS təmsilçisi İnter Mayamiyə transfer olunub.
AzerVoice xəbər verir ki. klubun rəsmi saytında verilən məlumata görə, icarə əsasında baş tutan razılaşma mövsümün sonuna qədər qüvvədə olacaq və 2029-cu ilə qədər uzadılma imkanı ilə təmin olunub.
Məlumatda qeyd olunur ki, De Paulla bağlı razılaşma mövsümlük icarəni əhatə edir. Həmçinin müqavilənin uzadılması üçün opsiya maddəsi də mövcuddur.
“Rodriqo – uzun illərdir heyran olduğum bir oyunçudur. O, liderlik xüsusiyyətləri ilə oynadığı bütün komandaların uğuruna böyük töhfə verib. Xüsusilə Argentina millisindəki çıxışı ilə seçilib”, – deyə İnter Mayaminin həmtəsisçilərindən olan Devid Bekhem transfer barədə fikirlərini bildirib.
Ötən mövsüm Atletiko Madriddə 50 oyuna çıxan De Paul, 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Argentina millisinin heyətində isə 78 oyunda forma geyinib və 2 dəfə fərqlənib.