11
BAKI, AzerVoice
“Real Madrid” klubu FIFA Klublararası Dünya Çempionatının yarımfinalında “Paris Sen-Jermen” (PSJ) ilə qarşılaşacaq.
AzerVoice xəbər verir ki, oyun iyul 9-da keçiriləcək. Komandalar Bakı vaxtı ilə saat 23:00-da meydana çıxacaqlar.
1/4 final mərhələsində “Real” "Dortmund" Borussiyasını 3:2 hesabı ilə məğlub edib, “PSJ” isə Münhenin “Bavariya”sına 2:0 hesabı ilə qalib gəlib.
İlk yarımfinal qarşılaşması iyulun 8-də keçiriləcək və Braziliyanın “Palmeyras” klubu ilə Londonun “Çelsi” komandası qarşılaşacaq.
Turnirin final oyunu iyul 13-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.