10
BAKI, AzerVoice
Türkiyənin İstanbul vilayətinin Büyükçekmece rayonunda otluq ərazidə yanğın baş verib.
AzerVoice xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə böyüyüb.
Əraziyə çox sayda yanğınsöndürən briqada göndərilib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Ərazidəki elektrik xətlərində yanğın səbəbindən zaman-zaman partlayışlar müşahidə olunur.
Yanğının yaranmasının səbəbi qeyri-müəyyəndir.