BAKI, AzerVoice
"Arsenal" və "Sportinq" klubları, ötən mövsüm bütün turnirlərdə 52 oyunda 54 qol vuran isveçli hücumçu Viktor Gyökeresin transferi barədə demək olar ki, razılığa gəliblər.
AzerVoice xəbər verir ki, bu barədə "The
Athletic" nəşri məlumat verib.
Daha əvvəl Gyökeres London təmsilçisi ilə şəxsi şərtlərini
razılaşdırmışdı.
Nəşr yazır ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta transferin tezliklə tamamlanmasında israrlıdır və danışıqlar irəliləmiş mərhələdədir. Klublar hələ transfer haqqı üzərində razılaşmasalar da, müqavilə yekunlaşmağa yaxındır.
İtalyan jurnalist Nikolo Skira 2 iyul tarixində Gyökeresin "Arsenal"la 5 illik müqavilə razılaşdırdığını bildirib.
Viktor Gyökeres hal-hazırda Avropanın ən çox tələb olunan hücumçularından biridir. O, ötən mövsüm "Sportinq"ə Portuqaliya çempionluğu və kuboku qazandırıb. Çempionatda 39 qol vuran isveçli futbolçu, ümumilikdə 54 dəfə rəqib qapısına qol vurub.
"Qızıl buts" (Avropada ən məhsuldar oyunçuya verilən mükafat) uğrunda yarışda Gyökeres yalnız Kilian Mbappeyə uduzub. Mbappe La Liqada "Real Madrid"in heyətində daha az qol vurub (31), lakin İspaniya çempionatı top-5 liqadan biri olduğu üçün qollar daha yüksək əmsalla hesablanır.
"Arsenal" isə ötən mövsüm İngiltərə Premyer Liqasında 2-ci yer tutub və çempion "Liverpool"dan 10 xal geridə qalıb.