Əsas səhifə » Aİ ABŞ-ın hərbi texnikasının proqram təminatının yenilənməcəyindən narahatdır

Aİ ABŞ-ın hərbi texnikasının proqram təminatının yenilənməcəyindən narahatdır

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ) rəsmiləri, ABŞ-dan alınan hərbi texnikanın proqram təminatının yenilənməsinin dayandırılması ehtimalı ilə bağlı narahatdırlar.

AzerVoice xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, bu narahatlıq ABŞ Prezidenti Donald Trampın NATO qarşısındakı öhdəlikləri ilə bağlı vaxtaşırı şübhə ifadə etməsi və Rusiyaya qarşı ritorikanı zaman-zaman yumşaltması səbəbilə daha da güclənib.

Qeyd olunur ki, Avropa ölkələri hazırda mühüm bir dilemmanın qarşısındadır: ya öz hərbi-sənaye komplekslərini inkişaf etdirmək, ya da ABŞ-ın qabaqcıl texnologiyalarına güvənmək. Əgər Avropa İttifaqı hər iki yanaşmanı birləşdirən qarışıq bir modeli seçərsə, yenə də ABŞ-dan asılı vəziyyətdə qalacaq.

Niderlandın Haaqa şəhərində 24–25 iyun tarixlərində keçirilən NATO sammitinin yekun bəyanatında qeyd edilib ki, alyans ölkələrinin liderləri müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmağa razılaşıblar. Bu vəsaitin 1,5 faizi müdafiə infrastrukturunun inkişafına, eyni zamanda Ukraynaya hərbi yardımı nəzərə alan xərclərə yönəldiləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice