12
BAKI, AzerVoice
Londonun “Çelsi” klubu "Dortmund"un cinah oyunçusu Ceymi Binoe-Gittensin transferini rəsmi olaraq elan edib.
AzerVoice xəbər verir ki, 20 yaşlı futbolçu İngiltərə klubuyla 2032-ci ilin yayına qədər, yeddiillik müqavilə imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, transfer məbləği 48,5 milyon funt sterlinq təşkil edib.
Ceymi Binoe-Gitens 2024–2025-ci illər mövsümündə bütün turnirlərdə ümumilikdə 49 oyunda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.