Əsas səhifə » Camal Musiala dörd-beş ay meydanlardan uzaq qala bilər

Camal Musiala dörd-beş ay meydanlardan uzaq qala bilər

BAKI, AzerVoice

Almaniyanın "Bavariya" klubunun və Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində Fransa təmsilçisi "Paris Sen-Jermen"ə qarşı keçirilən oyunda aldığı zədə səbəbindən dörd-beş ay müddətinə meydanlardan uzaq qala bilər.

AzerVoice xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, Musialada sol ayağın baldır sümüyünün sınığı qeydə alınıb. Bərpa prosesi təxminən 4-5 ay çəkə bilər.

Qeyd edək ki, "PSJ" – "Bavariya" qarşılaşması şənbə günü baş tutub və "parislilərin" 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissənin sonlarında Musiala "PSJ"nin qapıçısı Canluici Donnarumma ilə toqquşduqdan sonra ciddi zədə alıb və oyunu davam etdirə bilməyib. O, xərəkdə meydanı tərk edib.

22 yaşlı Musiala "Bavariya"nın yetirməsidir. Ötən mövsümdə o, klubla 40 oyuna çıxaraq 18 qol vurub və 8 məhsuldar ötürmə edib. Klublararası Dünya Çempionatında isə dörd oyunda üç qolla yadda qalıb. Almaniya milli komandasında 40 oyun keçirən futbolçunun aktivində 8 qol və 8 məhsuldar ötürmə var.

Digər Kateqoriyalar

2025 © Azervoice