Əsas səhifə » Yunanıstanda 750-dən çox miqrant xilas edilib

Yunanıstanda 750-dən çox miqrant xilas edilib

BAKI, AzerVoice

Yunanıstanın Krit adasının cənub sahillərində və Qavdos adasının cənubunda ümumilikdə 753 miqrant xilas edilib.

AzerVoice xəbər verir ki, bu barədə yunan KİV məlumat yayıb.

Məlumata görə, ən böyük xilasetmə əməliyyatı Qavdosun cənub-şərqində, sahildən 25 dəniz mili məsafədə baş verib. Bu bölgədə həddindən artıq yüklənmiş bir balıqçı qayığından 430 nəfər sahil mühafizə patrul gəmisi və Panama bayrağı altında üzən bir tanker gəmisinin əməkdaşlığı ilə xilas edilib.

Həmin miqrantlar Ayya Qalini (Agia Galini) limanına aparılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice