9
BAKI, AzerVoice
Yəmənin əl-Hudeydə şəhərinin cənub-qərbində, sahildən 51 dəniz mili məsafədə bir gəmi bir neçə kiçik qayıq tərəfindən atəşə tutulub.
AzerVoice-un məlumatına görə, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi bildirib.
Hücum zamanı yüngül silahlar və mərmilərdən istifadə edildiyi qeyd olunub.
Həmçinin bildirilib ki, gəmidəki silahlı təhlükəsizlik qrupu atəşə cavab verib, atışma hələ də davam edir.