Əsas səhifə » Ərdoğanın DEM Partiya heyəti ilə görüşünün vaxtı açıqlanıb

Ərdoğanın DEM Partiya heyəti ilə görüşünün vaxtı açıqlanıb

BAKI, AzerVoice

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, sabah yerli vaxtla saat 15:00-da DEM Partiyası heyəti ilə görüşəcək.

AzerVoice xəbər verir ki. bu barədə türk KİV-i məlumat yayıb.

Görüşdə DEM Partiyasını Pervin Buldan və Mithat Sancar təmsil edəcək.

Xatırladaq ki, DEM Partiyası daha əvvəl aprelin 10-da da Ərdoğanla görüş keçirmişdi. Həmin görüşdə sonradan vəfat edən Sırrı Süreyyə Önder də iştirak etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice