Əsas səhifə » Niko Uilyams Barselonaya gəlir

Niko Uilyams Barselonaya gəlir

BAKI,AzerVoice

İspaniyalı futbolçu Niko Uilyams Barselona ilə razılığa gəlib.

AzerVoice xəbər verir ki, futbolçu ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalanması razılaşdırılıb.

Onun illik maaşı təxminən 7-8 milyon avro civarında olacaq.

Qeyd edək ki, Niko Uilyams (tam adı: Nicholas Williams Arthuer) — 12 iyul 2002-ci ildə İspaniyanın Pamplona şəhərində anadan olub. Futbol karyerasına Atletik Bilbao klubunun akademiyasında başlayan Niko, 2021-ci ildə əsas komandaya yüksəlib.

2024/25 mövsümündə meydanda ümumilikdə 1.998 dəqiqə keçirən Uilyams 22 oyuna start heyətində başlayıb, 7 görüşdə isə sonradan oyuna daxil olub. Hər 90 dəqiqəyə orta hesabla 0.45 qol və assist göstəricisi ilə oynayıb.

Texniki baxımdan da yüksək göstəricilərə sahib olan Niko Uilyams 2024/25 mövsümündə 39 açar ötürmə, 164 driblinq cəhdi (onlardan 62-si uğurlu) və 330 top mübarizəsində iştirak edib. Z

Digər Kateqoriyalar

2025 © Azervoice