BAKI, AzerVoice, Səməd Əyyubov – Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici işlər naziri Hakan Fidan, Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əş-Şəraa tərəfindən Dəməşqdə qəbul olunub” - deyə, məlumatda bildirilib.
Görüş barədə ətraflı məlumat verilməyib.
Bundan əvvəl, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya Suriyalı həmkarı Ənəs Xəttab ilə görüş keçirmişdi. Görüş zamanı təhlükəsizlik əməkdaşlığı, təlim proqramları və Türkiyədəki suriyalıların vətənə təhlükəsiz və nizamlı şəkildə qayıdışı müzakirə edilmişdi.