Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Niderland Fələstini tanımağı planlaşdırmır - Nazir

    7 Avqust 2025 21:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Niderland hakimiyyəti yaxın vaxtlarda Fələstin dövlətini rəsmi şəkildə tanımağı planlaşdırmır.

    AzerVoice xəbər verir ki, bu fikri Niderland Krallığının xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp parlamentdə Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı keçirilən müzakirələr zamanı səsləndirib.

    “Hazırda Niderland Fələstini dövlət kimi tanımağı planlaşdırmır” - deyə, o bildirib.

    Debatlar zamanı bir neçə deputat hökumətə Fələstini tanımaq çağırışı edib. “Denk” Partiyasının nümayəndəsi Stefan van Baarle də daxil olmaqla bir sıra deputatlar İsrailə silah ixracının qadağan edilməsini də tələb ediblər.

    Niderland parlamentinin aşağı palatasında aparılan bu müzakirələr artıq dörd saatdan çoxdur davam edir. Qeyd edək ki, bunun üçün parlament yay tətilini yarımçıq dayandırıb. Belə ki, yay tətili iyulun 4-dən sentyabrın 1-nə qədər planlaşdırılmışdı. Qəzza ilə bağlı xüsusi iclasın keçirilməsi təklifi Sosialist Partiyası tərəfindən irəli sürülüb və parlament üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənib.

    Xatırladaq ki, iyulun 29-da Veldkamp İsrailin səfirini Xarici İşlər Nazirliyinə dəvət edərək, Qəzza zolağındakı ağır humanitar vəziyyətə görə İsrail hökumətini siyasətində dəyişiklik etməyə çağırmışdı.

    #Fələstin #Niderland #Fələstin dövlətinin tanınması #BMT Baş Assambleyası Fələstin tanınması #G7 və Fələstin tanınması #Fələstin tanınması #Niderland Fələstini tanımır #Kaspar Veldkamp Fələstin açıqlaması #Niderland parlamenti Qəzza müzakirəsi #Fələstin dövləti tanınma #Niderland İsrail münasibətləri #Niderland Xarici İşlər Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING

    31 Yanvar 2026 09:59

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Fələstin məsələsi Yaxın Şərq üçün əsas prioritet olaraq qalır - Sisi

    21 Yanvar 2026 13:33

    Səudiyyə Ərəbistanı və Fələstin xarici işlər nazirləri Davosda Qəzza böhranını müzakirə ediblər

    21 Yanvar 2026 10:04

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    19 Yanvar 2026 11:53

    Səudiyyə Ərəbistanı Qahirədə Fələstinə böyük yardım payı göndərib

    16 Yanvar 2026 17:25

    Qəzza zolağının idarəsi ilə bağlı razılaşma əldə edildi - Misir XİN

    14 Yanvar 2026 19:57
    XƏBƏR LENTİ

    Bu gaün arxeoloq Hovard Karter firon Tutanxamunun dəfn kamerasını açıb

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.