Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran ABŞ və müttəfiqlərinin “xaricdə sui-qəsd və qaçırma” ittihamlarını rədd edib

    1 Avqust 2025 20:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İran Xarici İşlər Nazirliyi, ABŞ və müttəfiqlərinin İrana qarşı səsləndirdiyi “xaricdəki müxaliflərə, jurnalistlərə və rəsmi şəxslərə qarşı sui-qəsd və qaçırma siyasəti” ittihamlarını əsassız hesab edərək qəti şəkildə rədd edib.

    AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

    "Bu ittihamlar hazırda əsas məsələ olan – işğal olunmuş Fələstində baş verən soyqırım cinayətindən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdidir" - deyə, Bəqai bildirib. O, bu fikirlərlə İsrail və HƏMAS arasında Qəzzada davam edən müharibəyə işarə edib.

    Qeyd edək ki, Böyük Britaniya və ABŞ, Fransa da daxil olmaqla daha 13 ölkə İran kəşfiyyat orqanlarının Avropa və Şimali Amerikada fərdlərə qarşı sui-qəsd, qaçırma və zorakılıq planları hazırladığını bildirərək bu fəaliyyətləri pisləyib.

    “Avropa və Şimali Amerikada fərdləri öldürmək, qaçırmaq və onlara zərər vermək cəhdlərinə qarşı birgə mübarizə aparırıq. Bu, açıq şəkildə suverenliyimizin pozulmasıdır” - deyə, cümə axşamı yayımlanan birgə bəyanatda qeyd olunub.

    Albaniya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ hökumətləri İranı bu qanunsuz fəaliyyətləri dərhal dayandırmağa çağırıblar.

    #Qəzza #İsrail #İran #Fələstin #Almaniya #Qəzza zolağı #ABŞ #Kanada #Fransa #Böyük Britaniya #İsveç #Niderland #İspaniya #HƏMAS #Belçika #Albaniya #Çexiya #Danimarka #Finlandiya #Avstriya #İran XİN #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #İsmayıl Bəqai #İranın Böyük Britaniya ilə diplomatik münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    6 Noyabr 2025 16:51

    Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

    6 Noyabr 2025 15:49

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    5 Noyabr 2025 22:46

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və hərbi əməkdaşlıq əlaqələri müzakirə edilib

    5 Noyabr 2025 17:34

    Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir - Hakan Fidan

    5 Noyabr 2025 16:10

    İslam Əməkdaşlıq Təşkilatı İsrailin fələstinli əsirlərin edamına imkan verən qanun layihəsini qınayır

    5 Noyabr 2025 15:59

    Bakıda məşhur restoranda Fələstin bayrağı mübahisəsi

    5 Noyabr 2025 15:46

    Brüssel Hava Limanı dron təhlükəsi səbəbindən bağlanıb

    5 Noyabr 2025 09:55
    Demo
    XƏBƏR LENTİ

    Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı 146 mini keçib (ÖZƏL)

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TRT World Forum 2025-də iştirak edib

    Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub

    Azərbaycanda “Invest in Azerbaijan” informasiya sistemi yaradılacaq

    Ərdoğan CHP sədri Özgür Özələ sərt reaksiya verib

    “Vətən müharibəsi – 5 il”: Zəfərin ildönümü şəhid ailələri və qazilərin iştirakı ilə qeyd olundu

    Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

    Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 184 milyon dolları keçib (ÖZƏL)

    Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.