Əsas səhifə » Bruno Fernandes Əl-Hilalın təklifini rədd edib

Bruno Fernandes Əl-Hilalın təklifini rədd edib

BAKI,AzerVoice

Portuqaliyalı təcrübəli futbolçu Bruno Fernandes Səudiyyə Ərəbistan təmsilçisi Əl-Hilalın təklifini rədd edib.

AzerVoice xəbər verir ki, yüksək maaş təklifinə baxmayaraq Fernandes karyerasını Avropada davam etdirmək istəyir.

Xatırladaq ki, Bruno Fernandes 2020-ci ildən Mançester Yunayted klubunun heyətində çıxış edir və kapitanlıq da edib. O, həmçinin Portuqaliya millisinin əsas oyunçularından biri hesab olunur.

İdman mütəxəssisləri bildirirlər ki, Fernandesin bu qərarı Avropa klublarının onun xidmətlərində maraqlı olmasını da sübut edir. Futbolçunun adı daha əvvəl İspaniya və İtaliya klubları ilə də hallanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice