BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyədə Hatay və Mersində meşə yanğınları ikinci gündür davam edir.
AzerVoice xəbər verir ki, Türkiyənin Hatay vilayətinin Hassa və Mersinin Silifke rayonlarında dünən başlayan meşə yanğınlarının söndürülməsi istiqamətində havadan və yerdən intensiv işlər aparılır. Güclü külək səbəbindən alovun sürətlə yayılması nəticəsində Hatayda Yukarıbucak və Bademli məhəllələrindən 540 sakin, Silifkedə isə altı məhəllə və beş yaşayış məntəqəsi ehtiyat tədbiri olaraq təxliyə edilib. Yanğınsöndürmə əməliyyatlarına helikopterlər, təyyarələr, 173 texnika və yüzlərlə canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, yanğın səbəbindən Silifke-Gülnar avtomobil yolu müvəqqəti olaraq bağlanıb, nəqliyyat alternativ marşrutla təmin olunur.