Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Ərəb ölkələrindən Netanyahunun “Böyük İsrail” açıqlamalarına sərt reaksiya

    14 Avqust 2025 10:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Ərəb ölkələri İsrail Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” vizyonu ilə bağlı verdiyi açıqlamalara sərt reaksiya göstərib.

    AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında İsrail Baş naziri tərəfindən səsləndirilən sözde “Böyük İsrail” vizyonuna dair fikirlər və israilli rəsmilər tərəfindən müdafiə olunan işğalçı və ekspansionist ideyalar və layihələr qəti şəkildə pislənilib.

    Açıqlamada fələstinlilərin öz torpaqlarında müstəqil və suveren dövlət qurmaq hüququ bir daha vurğulanıb və beynəlxalq ictimaiyyət “İsrailin beynəlxalq legitimliyin əsaslarını sarsıdan, dövlətlərin suverenliyini açıq şəkildə pozan, regional və beynəlxalq təhlükəsizlik və sülhə təhdid yaradan hərəkətləri” mövzusunda xəbərdar edilib.

    Qətər Xarici İşlər Nazirliyi də Netanyahunun sözde “Böyük İsrail” vizyonuna dair açıqlamalarını qınayıb.

    Nazirliyin bəyanatında bu cür fikirlərin İsrailin təkəbbürünü, böhran və qarşıdurmaları alovlandırmaq, dövlətlərin suverenliyinə, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq qərarlara açıq təcavüzə əsaslanan yanaşmasının davamı olduğu bildirilib.

    Açıqlamada həmçinin qeyd olunub ki, “İsrailin əsassız iddiaları və təhrikedici bəyanatları ərəb dövlətlərinin qanuni haqlarına zərər yetirə bilməz” və beynəlxalq ictimaiyyət bu cür təxribatlara qarşı birgə hərəkət etməyə çağırılıb, çünki bu təxribatlar bölgəni daha çox zorakılığa və xaosa sürükləyir.

    Fələstin Prezident Administrasiyasının açıqlamasında isə Netanyahunun sözləri “beynəlxalq qərarların və beynəlxalq hüququn pozulması, dövlətlərin suverenliyinə və regionun təhlükəsizliyi və sabitliyinə qarşı hücum” kimi qiymətləndirilib.

    Açıqlamada, bu bəyanatların qəbuledilməz olduğu və İsrailin ekspansionist və müstəmləkəçi siyasətinin bölgənin təhlükəsizliyi və sabitliyini təhdid etdiyi qeyd olunub.

    Yəmən Xarici İşlər Nazirliyinin açıqlamasında isə “İsrail Baş naziri tərəfindən 'Böyük İsrail' vizyonu ilə öyünməsinin” şiddətlə qınandığı bildirilib.

    Bu bəyanatın “beynəlxalq hüququn açıq şəkildə pozulması və beynəlxalq ictimaiyyətin iradəsinə açıq meydan oxuma” olduğu vurğulanıb. Açıqlamada, İsrailin bu siyasətlərini davam etdirməsinin regionu daha da gərgin və sabitlikdən uzaq vəziyyətə gətirəcəyi xəbərdarlığı edilib.

    Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu, özünün tarixi və mənəvi bir missiyanı yerinə yetirdiyini iddia edərək, işğal altındakı Fələstin torpaqlarını da əhatə edən “Böyük İsrail” vizyonuna sadiq olduğunu bildirib.

    “Böyük İsrail” ifadəsi, Sionist Revizionist hərəkatının qurucusu və hakim Likud partiyasının ideya müəllifi hesab edilən Zeev Jabotinsky də daxil olmaqla bəzi sionistlər tərəfindən, müasir İsrail dövləti ilə yanaşı işğal altındakı Qəzza Zolağı, İordan çayının qərb sahili və İordaniya ərazilərini ifadə etmək üçün istifadə olunur.

    #Qəzza #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #Qətər #Yəmən #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzanın işğalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    13 Fevral 2026 15:54

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Türkiyə istehsalı pilotsuz dəniz vasitələri Səudiyyədə

    11 Fevral 2026 13:12

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    GÖKBEY Səudiyyə Ərəbistanında istehsal olunacaq: Tarixi müqavilə imzalandı

    10 Fevral 2026 16:25

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37
    XƏBƏR LENTİ

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.