Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    24 ölkə Qəzzaya humanitar yardımın çatdırılması barədə çağırış edib

    12 Avqust 2025 18:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.

    AzerVoice xəbər verir ki, bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.

    “Qəzzadakı humanitar vəziyyət təsəvvürolunmaz səviyyəyə çatıb. Aclığın yayılmasını dayandırmaq üçün təcili tədbirlər görülməlidir” - deyə, bəyanatda vurğulanıb.

    Sənədə Avstraliya, Belçika, Böyük Britaniya, Yunanıstan, Danimarka, Avropa İttifaqı (Aİ), İrlandiya, İslandiya, İspaniya, Kanada, Kipr, Lüksemburq, Litva, Malta, Niderland, Norveç, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, İsveçrə, İsveç, Estoniya və Yaponiyanın xarici işlər nazirləri, həmçinin Aralıq dənizi məsələləri üzrə Avropa Komissarı Dubravka Şuitsa və fövqəladə hallar üzrə Avropa Komissarı Adja Labib imza atıblar.

    “Biz İsrail hökumətini beynəlxalq QHT-lərin bütün humanitar yüklərinə icazə verməyə və əsas humanitar təşkilatların fəaliyyətinə mane olan məhdudiyyətləri aradan qaldırmağa çağırırıq. Biz müharibəni dayandıracaq atəşkəsə, girovların azad edilməsinə və humanitar yardımın Qəzza zolağına maneəsiz çatdırılmasına ehtiyac duyuruq” - deyə, sənəddə qeyd olunub.

    Qeyd edək ki, martın 2-dən etibarən Qəzzaya beynəlxalq humanitar yardım daxil olmur. İsrailin qərarı ilə bölgəyə giriş-çıxışa nəzarət edən bütün keçid məntəqələri bağlanıb. Hazırda ərzaq yardımı yalnız İsrail və ABŞ-ın nəzarətindəki “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə paylanır.

    Mart ayında İsrail ordusu atəşkəsi pozaraq Qəzzada hərbi əməliyyatlara yenidən başlayıb. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda hələlik yeni atəşkəs razılaşmasına nail olunmayıb.

    #Qəzza #İsrail #Avropa #Qəzza zolağı #Kanada #Fransa #Böyük Britaniya #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #İsveç #Niderland #Yunanıstan #İspaniya #Malta #Belçika #Estoniya #Yaponiya #Litva #Norveç #Avstraliya #Portuqaliya #Danimarka #QHT #Slovakiya #Finlandiya #İrlandiya #İsveçrə #Kipr #humanitar yardım #humanitar böhran #bəyanat #Lüksemburq #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Humanitar yardım və diplomatiya #Qəzzədə humanitar böhran #Avropa Komissiyası (AK) #Qəzza humanitar böhranı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Humanitar yardım layihələri #Qəzza humanitar planı #Qəzza Humanitar Fondu #Qəzzada humanitar böhran 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    15 Fevral 2026 14:00

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    14 Fevral 2026 13:00

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00

    “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

    13 Fevral 2026 14:05

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    12 Fevral 2026 16:05

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Starmer, Mançester Yunated rəhbərinin miqrasiya ilə bağlı fikirlərini qınayıb

    12 Fevral 2026 09:43

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46
    XƏBƏR LENTİ

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.