25
BAKI, AzerVoice
Avstraliyalı pilot, "McLaren" komandasının üzvü Oskar Piastri, 2025-ci il Formula 1 Dünya Çempionatının yeddinci mərhələsi olan Emiliya-Romanya Qran-prisinin sıralama turunun qalibi olub.
AzerVoice-un məlumatına görə, ikinci yeri "Red Bull" komandasından Niderlandlı pilot Maks Ferstappen tutub. Üçüncü yerə isə "Mercedes"dən britaniyalı Corc Rassell layiq görülüb.
Qeyd edək ki, qran-pri 18 may tarixində keçiriləcək əsas yarışla başa çatacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.