BAKI,AzerVoice
5 mart 2025-ci il tarixində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən oyunlarda həm "Barselona", həm də "Liverpul" komandalarının qapıçıları inanılmaz performans nümayiş etdirdilər.
AzerVoice xəbər verir ki, Barselona 10 nəfərlə qalmasına baxmayaraq, qapıçısı Wojciech Szczesny sayəsində görüşdə qalib gəlib.
Oyunun 22-ci dəqiqəsində müdafiəçi Pau Kubarsinin qırmızı vərəqə alması ilə Barselona 10 nəfərlə mübarizə aparmaq məcburiyyətində qaldı. Bu çətin vəziyyətdə polşalı qapıçı Wojciech Szczesny komandasını dəfələrlə xilas edərək, ümumilikdə 8 mühüm seyv etdi.
Onun bu performansı sayəsində Barselona Raphinhanın 61-ci dəqiqədə vurduğu qolla 1-0 hesablı qələbə qazandı.
Eyni gecədə Liverpul səfərdə PSJ ilə üz-üzə gəldi. PSJ oyunun böyük hissəsində üstünlük təşkil edərək, 28 dəfə qapıya zərbə endirdi və topa sahibolmada 65% üstünlük əldə etdi. Lakin Liverpulun qapıçısı Alisson Becker inanılmaz performans göstərərək, PSJ-nin bütün cəhdlərini dəf etdi.
Matçın 87-ci dəqiqəsində isə əvəzetmədən oyuna daxil olan Harvey Elliott komandasına qələbə gətirən qolu vurdu və oyun 1-0 Liverpulun xeyrinə başa çatdı.
Hər iki qapıçının bu çıxışları komandalarının qələbəsində həlledici rol oynadı və növbəti mərhələyə yüksəlmək üçün əhəmiyyətli üstünlük təmin etdi.