Əsas səhifə » Almaniya-Polşa sərhədində gərginlik

Almaniya-Polşa sərhədində gərginlik

BAKI, AzerVoice

Polşa və Almaniya arasında Almaniya kansleri Fridrix Mersin hökumətinin sərhəddə yoxlamalar tətbiq etməsi səbəbindən gərginlik yaranıb.

AzerVoice xəbər verir ki. bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, iyulun 7-dən etibarən Polşa da Almaniya ilə sərhəddə yoxlamalar aparacaq. Hər iki tərəfin bu addımı Avropa İttifaqında (Aİ) sərbəst hərəkət prinsipini pozur.

Polşanın Baş naziri Donald Tusk məsələ ilə bağlı bildirib ki, Avropada sərbəst hərəkəti dəstəkləyirlər, lakin bunun üçün bütün qonşu ölkələrin ümumi iradəsi və koordinasiyalı addımları lazımdır. Məqsəd miqrant axınının nəzarətsiz şəkildə sərhədlərdən keçməsinin qarşısını almaqdır.

Qeyd edək ki, Aİ ölkələri arasında sərhəd yoxlamalarının ləğvi 1995-ci ildən mərhələli şəkildə həyata keçirilib. Hazırda Aİ üzvü olmayan İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn də daxil olmaqla 29 ölkə Şengen zonasına daxildir və bu ərazidə sərhəd keçidləri sərbəstdir.

Donald Tusk mayın 20-də bildirmişdi ki, Almaniya tərəfindən miqrantların göndərilməsi davam edərsə, sərhədi bağlamağa hazırdır. Bundan əvvəl polyak millətçilər Almaniyanın Frankfurt ilə Slubitse şəhərləri arasında sərhəd keçidini bağlamışdılar.

Digər Kateqoriyalar

2025 © Azervoice