8
BAKI, AzerVoice
Estoniyanın Baltik Dənizi sahilinə, Vilsandi və Saaremaa adaları arasına helikopter düşüb.
AzerVoice xəbər verir ki, bu barədə ölkənin yerli KİV-i məlumat verib.
“Polis və sərhəd mühafizəsi departamentinin məlumatına görə, dənizə düşən helikopterdə olan bütün şəxslər sağdır, onlarla əlaqə saxlanılır” – deyə, məlumatda bildirilib.
Hazırda axtarış-xilasetmə işləri aparılır. Hadisə yerinə xilasedicilər, polis və könüllülər göndərilib. Əməliyyata Polis və Sərhəd Mühafizəsi Departamenti rəhbərlik edir.