Əsas səhifə » Keniyalı yüngül atlet dünya rekordu qırıb

Keniyalı yüngül atlet dünya rekordu qırıb

BAKI, AzerVoice

Keniyalı yüngül atlet Beatriks Çebet 5 000 metr qaçış üzrə dünya rekordu qırıb.

AzerVoice-un məlumatına görə, idmançı bu nəticəni ABŞ-ın Oreqon ştatının Yucin şəhərində keçirilən Brilyant Liqası mərhələsində əldə edib. Onun göstərdiyi nəticə 13 dəqiqə 58,06 saniyə olub.

Qeyd edək ki, əvvəlki rekord 2023-cü ilin sentyabrında efiopiyalı Qudaf Tsegey tərəfindən müəyyən olunmuşdu.

Həmçinin qeyd edək ki, 25 yaşlı Çebet, Parisdə keçirilən 2024 Yay Olimpiya Oyunlarında 5 000 metr məsafədə qızıl medal qazanıb. O, həmçinin dünya çempionatlarında 2022-ci ildə gümüş, 2023-cü ildə isə bürünc medal əldə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice