Axtarış nəticələri "Donald Tramp" (2331)

ABŞ prezidenti Donald Trump tərəfindən imzalanmış son icraedici sərəncam Yaxın Şərqdə İxvanül-müslimin (Müsəlman Qardaşlar) hərəkatının təsir imkanlarının azaldılması baxımından düzgün və daha effektiv yanaşma kimi qiymətləndirilir. Bununla belə, analitiklər hesab edirlər ki, bu strategiyanın real nəticə verməsi üçün hərəkatla əlaqəli daha geniş maliyyə və təşkilati dəstək şəbəkələri də hədəfə alınmalıdır.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi ABŞ-də Prezident Donald Tramp ilə görüşəcək. İsrailli rəsminin AFP-yə verdiyi məlumata görə, görüş Florida ştatında baş tutacaq və regional təhlükəsizlik məsələləri ilə yanaşı Qəzza zolağında atəşkəs prosesinin növbəti mərhələləri müzakirə olunacaq. Bu səfər Netanyahunun cari il ərzində Tramp ilə ABŞ-də keçirəcəyi beşinci görüş olacaq. Səfər, ABŞ administrasiyası və regional vasitəçilərin İsrail ilə HƏMAS arasında Qəzza üzrə əldə olunmuş kövrək atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi təşviq etdiyi bir vaxta təsadüf edir.

İran lideri Əli Xamenei, ABŞ ordusunun İranlı gənclərin cəsarəti və fədakarlığı qarşısında məğlub olduğunu iddia etdi. İran lideri Əli Xamenei, Avropadakı İslam Tələbə Cəmiyyətləri Birliyinin illik toplantısı üçün rəsmi internet səhifəsində mesaj yayımladı. İran lideri mesajında, "ABŞ ordusunun və onun bu bölgədəki uzantısının ağır hücumu, İranlı gənclərin cəsarəti və fədakarlığı qarşısında məğlub oldu." ifadəsini istifadə etdi. Ölkəsinin hücuma uğramasının və sanksiyalarla üzləşməsinin tək səbəbinin nüvə məsələsi olmadığını iddia edən Xamenei, əsas problemin İranın "istilaçı dövlətlərə qarşı mübarizəsi" olduğunu vurğuladı.

Nasri Juan Asfura Zablah 1958-ci ildə, iyunun doqquzunda doğulub. Tito Asfura kimi tanınan ərəb əsilli honduraslı siyasətçidir. O, 2025-ci il prezident seçkilərində qalib gələrək Hondurasın seçilmiş prezidenti olmuş və 2026-cı ilin yanvarında vəzifəsinin icrasına başlayacaq. Asfura Honduras Milli Partiyasının (PNH) üzvüdür. 2014–2022-ci illərdə paytaxt Tegusigalpanın meri, 2010–2014-cü illərdə isə Fransisko Morasan departamentindən Honduras Milli Konqresinin deputatı olub. 2025-ci ildə Milli Partiyanın sədri seçilib. 2021-ci il prezident seçkilərində isə sabiq birinci xanım Xiomara Kastroya məğlub olaraq ikinci yeri tutmuşdu.

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski 28 Dekabrda ABŞ-ın Florida ştatında görüşəcək və Rusiya-Ukrayna münaqişəsini sona çatdırmaq üçün barış planını müzakirə edəcəklər. Axios xəbər agentliyinin məlumatına görə, ABŞ və Ukrayna rəsmiləri planın bir hissəsi üzrə razılığın əldə edildiyini bildirib. Ukraynalı rəsmilər qeyd edib ki, Tramp Floridadakı Mar-a-Lago iqamətgahında Zelenskiyi qəbul edəcək və iki lider sülh planını müzakirə edəcək. ABŞ-dan bir yüksək vəzifəli şəxs bildirib: “Rus və Ukraynalılarla mümkün olan ən irəli nöqtəyə gəldik. Son iki həftədə keçən ildən daha çox irəliləyiş əldə etdik. Topu kaleyə göndərmək istəyirik. Doğru yoldayıq.”

Almaniya Xarici İşlər Naziri Yohann Vadepul ölkəsinin Qəzza üçün nəzərdə tutulan Beynəlxalq Stabiliyət Qüvvəsi missiyasına qatılmayacağını bildirib. Almaniya Xəbər Agentliyi (DPA)-ya açıqlamasında Vadepul deyib ki, Almaniya bu missiyaya yaxın gələcəkdə qoşulmağı planlaşdırmır. "Hal-hazırda heç kimin beynəlxalq stabiliyət missiyasına qatılması gözlənilmir." - deyə Vadepul qeyd edib. Nazir qeyd edib ki, belə bir qüvvə konkret təhlükəsizlik təminatı verə biləcək halda lazımdır, lakin Alman hərbçilərinin bu bölgədə bunu edə biləcəyi inandırıcı görünmür.

ABŞ, Nigeriya hökumətinin xahişi ilə şimal-qərb Nigeriyada İŞİD militantlarına qarşı əməliyyat həyata keçirib. Prezident Donald Tramp bildirib ki, qrup bölgədə əsasən xristianları hədəf alıb. ABŞ Afrikadakı Hərbi Komandanlığı (AFRICOM) əməliyyatın Sokoto ştatında Nigeriya hakimiyyətləri ilə koordinasiya olunaraq həyata keçirildiyini və bir neçə militantın məhv edildiyini açıqlayıb. Nigeriya Xarici İşlər Nazirliyi bildirib ki, əməliyyat ABŞ-la davam edən təhlükəsizlik əməkdaşlığı çərçivəsində, kəşfiyyat paylaşımı və koordinasiya əsasında həyata keçirilib. Pentagon tərəfindən yayılan videoda ən azı bir raket döyüş gəmisindən buraxıldığı görünür.

ABŞ-ın Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq, 2025-ci il dekabrın 25-də Azərbaycan QHT-ləri Donald Trampa açıq məktub yazıb.

Kamboca ilə Tayland arasında davam edən sərhəd toqquşmalarında 7 dekabrdan bu yana 96 nəfərin həyatını itirdiyi bildirilib.Kamboca Müdafiə Nazirliyi Tayland ordusunun bu səhər Banteay Meanchey əyalətindəki bir kəndə topçu hücumu həyata keçirdiyini və hücum nəticəsində bir Kambocalı mülki vətəndaşın öldüyünü açıqlayıb. Kamboca Daxili İşlər Nazirliyi isə 7 dekabrdan bəri davam edən toqquşmalarda ölənlərin sayının 31-ə, yerindən olanların sayının isə 610 minə çatdığını bildirib.

ABŞ Prezidenti Donald Tramp Milad axşamı münasibətilə bayram təbrikləri yayıb, eyni zamanda Demokrat Partiyasını sərt tənqid edib. Tramp Demokratları “radikal sol çirkab” adlandırıb və onların ölkəni məhv etmək üçün əlindən gələni etdiklərini bildirib. Floridadakı Mar-a-Lago iqamətgahından fəaliyyət göstərən Tramp, NORAD Santa izləmə zənglərinə qatılıb və dünya üzrə ABŞ hərbçilərinə bayram təbriklərini çatdırıb. Lakin Demokratlara qarşı sərt mövqe sərgiləyib və onların siyasətlərini tənqid edib.

Honduras Milli Seçki Şurasının (CNE) açıqladığı rəsmi nəticələrə əsasən, Milli Partiyanın namizədi Asfura səslərin 40,26 faizini toplayaraq birinci yerə çıxıb. “Papi a la orden” ləqəbi ilə tanınan Asfuranın ən yaxın rəqibi, Liberal Partiyanın namizədi Salvador Nasralla 39,54 faiz səslə ikinci olub. Hakim Azadlıq və Yenidənqurma Partiyasının (Libre) namizədi Riksi Monkada isə 19,19 faiz səslə seçkiləri üçüncü pillədə başa vurub.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, cinsi cinayətlərdə təqsirli bilinmiş milyarder Ceffri Epşteynlə bağlı faylların açıqlanmasının başa çatdırılması üçün “daha bir neçə həftə” vaxt tələb oluna bilər. Bu isə sənədlərin tam şəkildə dərcinin bir neçə həftəlik təxirə salınacağı anlamına gəlir, çünki məsul şəxslər zərərçəkənlərin qorunması məqsədilə detallara düzəlişlər edirlər.

Səudiyyə Ərəbistanının 2025-ci ildə həyata keçirdiyi xarici siyasət ölkənin regional və beynəlxalq proseslərdə iştirakını, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmlərini əhatə edib. Riyadın bu dövrdə əsas diqqət yetirdiyi məsələlər arasında Qəzza zolağındakı müharibə ilə bağlı diplomatik təşəbbüslər, məcburi köçürmələrə qarşı mövqe, iki dövlətli həll konsepsiyası, Fələstin dövlətinin yaradılmasına dair çağırışlar, Suriya üzrə humanitar və siyasi addımlar, həmçinin regional təhlükəsizlik, o cümlədən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) çərçivəsində təhlükəsizlik məsələləri yer alıb. Eyni zamanda ABŞ və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da davam etdirilib.

İsrailin baş naziri Beniyamin Netanyahu ayın sonuna qədər ABŞ-a növbəti səfərə hazırlaşarkən, 2025-ci il ərzində həyata keçirdiyi xarici uçuşların xərcləri açıqlanıb. Məlumata görə, Netanyahu il ərzində dörd dəfə xaricə səfər edib. Bu səfərlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunması ilə bağlı barəsində həbs orderinin verildiyi bir dövrə təsadüf edib.

ABŞ və İsrail tərəfindən İranın raket və nüvə imkanlarını yenidən bərpa etməsi ilə bağlı xəbərdarlıqlar güclənir. Təhlükəsizlik qiymətləndirmələrinə görə, iyun müharibəsi zamanı İran obyektlərinə endirilən zərbələr təhlükəni tam aradan qaldırmayıb. Vaşinqton Tehran tərəfinin Fordo obyektinin bombalanmasından sonra “mesajı tam dərk etmədiyini” bildirərkən, Təl-Əviv zamanın daraldığını, hərbi variantların yenidən gündəmə gəldiyini və yanlış hesablamaların istənilmədən yeni toqquşmaya yol aça biləcəyini vurğulayır.

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bir neçə simvolik hədiyyə göndərib. Həmin hədiyyələr arasında Ağ Evin rəmzi açarı və ABŞ Prezidentinin şəxsi avtoqrafı olan beysbol papağı yer alır. Məlumata görə, etimadnamələrin təqdim olunması mərasimindən sonra keçirilən qısa söhbət zamanı Qazaxıstanın ABŞ-dakı yeni səfiri Məğjan İlyasov Prezident Donald Trampla görüşüb. Söhbət zamanı ABŞ lideri cari ilin noyabrında Oval kabinetdə Kasım-Jomart Tokayevlə keçirdiyi görüşlə bağlı təəssüratlarını bölüşüb.

Pakistan ordusunun son onilliklərin ən güclü fiquru sayılan baş komandanı Asim Munir, Vaşinqtonun İslamabada Qəzza sektorunda yaradılması planlaşdırılan “sabitləşdirmə qüvvəsi”nə hərbi kontingent göndərməsi üçün təzyiqləri fonunda səlahiyyətlərinin ən çətin sınağı ilə üz-üzə qalıb. Analitiklərin fikrincə, bu addım ölkə daxilində ciddi narazılıqlara səbəb ola bilər. Məlumata görə, Asim Munirin yaxın həftələrdə ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona səfər edəcəyi gözlənilir. Bu, son altı ay ərzində onların üçüncü görüşü olacaq və əsas müzakirə mövzusunun Qəzza üçün nəzərdə tutulan beynəlxalq qüvvə olacağı bildirilir.

ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəni dayandırmaq məqsədilə Rusiya prezidenti Vladimir Putinlə yeni bir sammit keçirməyi təklif edəndə, bu görüş üçün Macarıstanın paytaxtı Budapeştin seçilməsi təəccüblü olmadı. Viktor Orbanın 2010-cu ildə yenidən Macarıstanın baş naziri postuna qayıdışından sonra ölkə qonşu Ukraynada gedən münaqişədə fəal şəkildə iştirak edib. Vladimir Putinlə sıx münasibətləri olan Orban, Macarıstanın həm NATO, həm də Avropa İttifaqına üzv olması fonunda münaqişənin həlli istiqamətində mühüm fiqura çevrilib.

Son illərdə siyasətdə “post-həqiqət” adlanan bir mərhələ ön plana çıxıb. Bu mərhələdə siyasi müzakirələrdə faktlar və dəqiq məlumatlar əvvəlki qədər həlledici rol oynamır. Daha çox emosiyalar, qorxu, narazılıq və kimlik hissləri seçicilərin qərarlarına təsir edir. ABŞ-da Donald Trampın prezident seçkisi kampaniyası bu yanaşmanın ən çox danışılan nümunələrindən biri hesab olunur. Müşahidəçilərin fikrincə, bu tip siyasi ünsiyyətdə əsas məqsəd məlumatın düzgün olub-olmaması deyil, onun insanlarda hansı hissləri oyatmasıdır. Güclü, kəskin və mübahisə yaradan açıqlamalar diqqəti cəlb edir və geniş yayılır. Bu cür mesajlar tez-tez sosial şəbəkələrdə paylaşılır və qısa müddətdə böyük auditoriyaya çatır.