Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    ABŞ və İsrail İranın raket və nüvə imkanlarını yenidən bərpa etməsindən narahatdır

    23 Dekabr 2025 11:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ və İsrail tərəfindən İranın raket və nüvə imkanlarını yenidən bərpa etməsi ilə bağlı xəbərdarlıqlar güclənir. Təhlükəsizlik qiymətləndirmələrinə görə, iyun müharibəsi zamanı İran obyektlərinə endirilən zərbələr təhlükəni tam aradan qaldırmayıb. Vaşinqton Tehran tərəfinin Fordo obyektinin bombalanmasından sonra “mesajı tam dərk etmədiyini” bildirərkən, Təl-Əviv zamanın daraldığını, hərbi variantların yenidən gündəmə gəldiyini və yanlış hesablamaların istənilmədən yeni toqquşmaya yol aça biləcəyini vurğulayır.

    ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, iyun ayında İsrail–İran müharibəsi zamanı ABŞ-ın “B-2” gizli bombardmançıları ilə İranın nüvə obyektinə endirdiyi zərbədən sonra Tehran “mesajı tam anlamayıb”. Onun sözlərinə görə, İranın nüvə və raket potensialını bərpa etməyə çalışdığına dair məlumatlar mövcuddur.

    Hakabi Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun konfransı çərçivəsində verdiyi müsahibədə deyib ki, “İran ABŞ prezidenti Donald Trampı ciddi qəbul etmirdi, ta ki gizli bombardmançıların Fordoya yönəldiyi gecəyə qədər”. Bu barədə İsrail KİV-ləri məlumat yayıb.

    İranın obyektin yenidən bərpasına çalışması ilə bağlı xəbərlərə münasibət bildirən Hakabi qeyd edib ki, “Ümid edirəm ki, mesajı başa düşüblər, amma görünən odur ki, tam anlamayıblar. Çünki ərazini yenidən formalaşdırmağa, möhkəmləndirmələri dərinləşdirməyə və daha təhlükəsiz etməyə çalışırlar”.

    ABŞ və onun Avropadakı müttəfiqləri İranın ballistik raket proqramının irəliləməsindən artan narahatlıq ifadə edir və Tehranın Yaxın Şərqdə sabitliyi pozduğunu bildirirlər. Xüsusilə İsrailin bu raketlərin hədəf məsafəsində olması diqqət çəkir.

    ABŞ-ın “NBC” şəbəkəsinin məlumatına görə, amerikalı rəsmilər İranın raket proqramının genişlənməsindən getdikcə daha çox ehtiyatlanırlar. Mənbələr bildiriblər ki, şənbə günü prezidentə bu təhdidlə bağlı “mövcud variantlar”, o cümlədən mümkün hərbi ssenarilər təqdim olunmağa hazırlaşılır.

    İsrailin baş naziri Benyamin Netanyahu 29 dekabrda Mayamidə ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırır. İsrail mənbələrinin bildirdiyinə görə, görüşdə İranın ballistik raket imkanlarını yenidən qurmaq cəhdləri və 2026-cı ildə İrana qarşı yeni zərbə ehtimalı müzakirə olunacaq. Daha əvvəl “NBC News” Netanyahunun bu mövzunu artan təhlükə kimi Trampa təqdim etməyi planlaşdırdığını açıqlamışdı.

    ABŞ-ın İsrailə yeni hücum üçün “yaşıl işıq” verib-verməyəcəyi sualına cavab verən Hakabi deyib: “Prezident Trampın dəfələrlə dediyini xatırlada bilərəm: İrana heç vaxt uranı zənginləşdirməyə icazə verilməyəcək və o, nüvə silahına sahib olmayacaq”. O əlavə edib ki, İranın ballistik raket və nüvə imkanlarını bərpa etməsi təkcə İsrail və ABŞ üçün deyil, “bütün Avropa üçün real təhlükədir”. Hakabi sərt ifadə ilə bildirib ki, avropalılar bunu anlamırlarsa, “bəzən düşündüyümdən də daha ağılsızdırlar”, xatırladaraq ki, Avropa İranla bağlı “snapback” sanksiyalarını yenidən aktivləşdirib.

    Respublikaçı senator Lindsi Qraham da İrana qarşı hücumu dəstəklədiyini bildirib və Tehranın ballistik raket imkanlarını yenidən qurmaq səylərinin nüvə proqramı qədər təhlükəli olduğunu vurğulayıb.

    Hazırda İsraildə səfərdə olan Qraham baş nazir Benyamin Netanyahu və ordunun yüksək rütbəli rəsmiləri, o cümlədən əməliyyatlar şöbəsinin rəhbəri və müdafiə naziri İsrael Kats ilə görüşüb. O, “i24 News” telekanalına müsahibəsində İranın uranın zənginləşdirilməsi imkanlarını bərpa etməyə çalışdığını, bunun ballistik raketlərin inkişafı ilə birlikdə İsrail üçün “real təhlükə” yaratdığını deyib.

    Qraham əlavə edib ki, “İsraili zəiflədən hər şey ABŞ-ı da zəiflədir” və mümkün növbəti zərbədə İranın raket imkanlarının hədəf alınmasına çağırıb. “Jerusalem Post” qəzetinə verdiyi müsahibədə isə İranın ballistik raketlərinin “Dəmir Qübbə”ni aşa biləcəyini bildirərək, onların istehsalına icazə verilməməli olduğunu vurğulayıb. O, ABŞ-ın İrana qarşı quru işğalını dəstəkləmədiyini, lakin nüvə və ya raket proqramının bərpasına dair əlamətlər yaranarsa, “hərbi zərbə”nin mümkünlüyünü qeyd edib.

    “Axios” saytının hesabatına görə, İsrail rəsmiləri həftəsonu Tramp administrasiyasına İranın son raket fəaliyyətlərinin ciddi narahatlıq doğurduğunu bildiriblər. Bununla belə, mövcud kəşfiyyat məlumatları hələlik yalnız İran daxilində qüvvə hərəkətlərini göstərir.

    Hesabatda qeyd olunur ki, 7 oktyabr 2023-cü il tarixində HƏMAS hücumundan sonra İsrail ordusunun risklərə dözümlülük həddi xeyli aşağı düşüb. İsrailli mənbə bildirib: “İran hücumu ehtimalı 50 faizdən azdır, amma heç kim bunu sadəcə təlim sayaraq risk götürmək istəmir”. ABŞ mənbəsi isə Amerika kəşfiyyatının hazırda yaxın hücum əlamətləri görmədiyini deyib.

    İsrail və ABŞ mənbələri xəbərdarlıq ediblər ki, qarşılıqlı yanlış hesablamalar hər iki tərəfin digərinin hücuma hazırlaşdığını düşünərək qabaqlayıcı addım atmasına və istənilmədən müharibəyə səbəb ola bilər. Bu çərçivədə İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə əlaqə saxlayaraq “İnqilab Keşikçiləri”nin başladığı raket manevrindən narahatlığını çatdırıb.

    Zamir İran raket hərəkətlərinin və digər əməliyyat addımlarının qəfil hücum üçün örtük ola biləcəyini deyib və ABŞ–İsrail qüvvələri arasında sıx müdafiə koordinasiyasına çağırıb.

    Kəşfiyyat narahatlığı ictimai ritorikanın sərtləşməsi ilə müşayiət olunur. Tel-Əvivdə ordunun planlaşdırma idarəsinin rəhbərinin vəzifəyə təhvil verilməsi mərasimində çıxış edən Zamir bildirib ki, İsrail ordusu “harada lazım gələrsə, yaxın və uzaq cəbhələrdə düşmənlərini vuracaq”. Bu, İranın yenidən hədəf alınacağına açıq işarə kimi qiymətləndirilir.

    Zamir deyib ki, “İsrail tarixində ən uzun və ən mürəkkəb müharibənin mərkəzində İrana qarşı kampaniya dayanır” və Tehranın “İsrail ətrafındakı boğucu halqanı maliyyələşdirib silahlandırdığını” bildirib. Bu ifadə 2023-cü ilin oktyabrından bəri davam edən çoxcəbheli müharibəyə işarədir.

    İsrail kəşfiyyatı İranda raket imkanlarının iyun ayındakı on iki günlük müharibədən sonrakı dövrlə müqayisədə daha sürətlə bərpa edildiyinə dair erkən əlamətlər gördüyünü bildirir. İsrail qiymətləndirmələrinə görə, İran müharibədən təxminən 1500 raketlə çıxıb; bu rəqəm müharibədən əvvəl 3000-ə yaxın idi. Buraxılış qurğularının sayı isə 400-dən 200-ə düşüb.

    Mənbələr qeyd edir ki, Tehran artıq raket qüvvələrini bərpa etmək üçün addımlar atıb, lakin hələ müharibədən əvvəlki səviyyəyə qayıtmayıb. İsrail hərbi kəşfiyyatı və “Mossad” yaxın iki-üç ay ərzində təcili hərbi addım zərurəti görməsə də, ilin sonrakı mərhələsində vəziyyətin daha təcili xarakter ala biləcəyini istisna etmir.

    Bu çərçivədə İsrail narahatlığı getdikcə daha çox ballistik raketlər üzərində cəmlənir və onları nüvə proqramından belə daha təcili təhlükə hesab edir. Rəsmi ritorikada İranın nüvə proqramı “mövcudluq təhlükəsi” kimi təqdim edilsə də, israilli rəsmilər hesab edirlər ki, son sınaqlar zamanı müdafiə sistemlərinin bütün hücumları dəf edə bilməməsi raketləri daha dərhal və ciddi riskə çevirir.

    #US #Israel warn Iran is rebuilding missile and nuclear capabilities #Washington and Tel Aviv signal rising concern over Iran’s ballistic program #Iran missile buildup raises fears of renewed confrontation #US officials consider military options amid Iran threat #Israel sees narrowing window to stop Iran’s missile resurgence #США и Израиль обеспокоены восстановлением ракетного потенциала Ирана #Вашингтон и Тель-Авив предупреждают о растущей угрозе со стороны Ирана #Ракетная программа Ирана вновь вызывает тревогу Запада #США рассматривают военные варианты сдерживания Ирана #Израиль допускает новый удар по Ирану в будущем #İran raket proqram
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır

    13 Fevral 2026 04:00

    Tramp Netanyahunu əmin etdi ki, Tehranla danışıqlar davam edəcək

    12 Fevral 2026 07:56

    “Yolun düşsə bu dünyaya bir də gəl” və ya reinkarnasıya haqqında kiçik bir tarixi-dini dəyərləndirmə

    11 Fevral 2026 10:55

    Raket proqramı yoxdur, yalnız nüvə: Tehranın danışıqlardakı "qırmızı xətti"

    10 Fevral 2026 14:56

    İsraildə fələstinli məhbuslar üçün edam hazırlığı: Xüsusi kameralar tikilir

    9 Fevral 2026 15:55

    Türkiyənin İran qorxusu: Miqrasiya dalğası, enerji böhranı və yeni terror aktları

    9 Fevral 2026 10:00

    Qəzza üçün bərpa yoxsa yeni siyasi mərhələ?

    9 Fevral 2026 04:00

    Rusiya neftinə son, Venesuela və ABŞ-a "hə": Hindistanın yeni enerji strategiyası

    8 Fevral 2026 19:00

    Sülh çərçivəsinin layihəsində Ukrayna üçün 15 illik ABŞ təhlükəsizlik zəmanətləri nəzərdə tutulur - Zelenski

    29 Dekabr 2025 19:28

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    21 Dekabr 2025 13:12

    İordaniya Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatda iştirak edib

    20 Dekabr 2025 21:48

    ABŞ, Qətər, Türkiyə və Misir Qəzza üzrə danışıqları Mayamidə keçirəcək

    18 Dekabr 2025 23:30
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.