Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Kamboca-Tayland sərhədində davam edən toqquşmalarda həlak olanları sayı 100-ə çatır

    25 Dekabr 2025 11:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Kamboca ilə Tayland arasında davam edən sərhəd toqquşmalarında 7 dekabrdan bu yana 96 nəfərin həyatını itirdiyi bildirilib.

    AzerVoice xəbər verir ki, Kamboca Müdafiə Nazirliyi Tayland ordusunun bu səhər Banteay Meanchey əyalətindəki bir kəndə topçu hücumu həyata keçirdiyini və hücum nəticəsində bir Kambocalı mülki vətəndaşın öldüyünü açıqlayıb.

    Kamboca Daxili İşlər Nazirliyi isə 7 dekabrdan bəri davam edən toqquşmalarda ölənlərin sayının 31-ə, yerindən olanların sayının isə 610 minə çatdığını bildirib.

    Tayland Ordusunun açıqlamalarına istinad edən Nation Thailand qəzeti Kambocanın Sa Kaeo əyalətindəki bəzi kəndlərə təxminən 40 BM-21 raketi atdığını, sivil infrastruktura və 3 evə ziyan vurduğunu yazıb. Taylandlı rəsmilər isə toqquşmalarda 42 sivil və 23 hərbçinin öldüyünü, təxminən 400 min nəfərin isə yerindən edildiyini açıqlayıblar.

    Qeyd edək ki, Tayland və Kamboca dünən 817 kilometr uzunluğundakı sərhədin cənub hissəsində bir sərhəd keçidində hərbi görüşlərə başlayıb. Hərbi heyətlərin görüşünün üç gün davam edəcəyi və razılaşma üçün zəmin yarada biləcəyi bildirilib.

    Tayland və Kamboca arasında sərhəd münaqişəsi 19-cu əsrdə Kambocadakı Fransız işğalı zamanı müəyyən edilən sərhədlərə əsaslanır. İlk böyük toqquşmalar 2008-ci ildə Kambocanın 11-ci əsrə aid bir məbədin UNESCO Dünya İrs Siyahısına daxil edilməsinə çalışması zamanı baş vermişdi.

    2019-cu ilin may ayında sərhəd anlaşmasının pozulması ilə qısa müddətli toqquşmalar yaşanmış, tərəflər problemin sülh yolu ilə həllinə razılıq vermişdi. Lakin 24 iyulda yenidən baş verən toqquşmalarda 32 nəfər həyatını itirmişdi.

    Əlavə olaraq, ABŞ Prezidenti Donald Tramp oktyabr ayında keçirilən tədbirdə tərəfləri barış anlaşması imzalamağa çağırmış, dekabrın 12-də isə Trampın vasitəçiliyi ilə tərəflər ateşkesi qəbul etmişdi. Tayland Baş Naziri Anutin Charnvirakul Trampın açıqlamasından sonra bildirib ki, “Topraqlarımıza və xalqımıza zərər və təhdid hiss olunmadığı müddətcə Tayland hərbi əməliyyatlarını davam etdirəcək”.

    #Kamboca #Kamboca ordusu #Kamboca Müdafiə Nazirliyi #Kamboca-Tailand münasibətləri #Kamboca və Tailand arasında sərhəd insidentləri #Kamboca-Tailand sərhədində silahlı toqquşma #Kamboca ərazisində baş verən mina partlayışı #Tailand və Kamboca arasında mübahisəli ərazi #Kamboca əsgərinin ölümü ilə başlayan toqquşmalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tailand və Kamboca arasında atəşkəs bu gündən qüvvəyə minir

    27 Dekabr 2025 10:25

    Tayland ordusu Kamboca sərhədində hava atəşinə başlayıb

    26 Dekabr 2025 12:51

    ASEAN Tayland–Kamboca sərhəd böhranı ilə bağlı təcili toplantı keçirir

    22 Dekabr 2025 11:12

    Tailand Kamboca ilə sərhəddə atəşkəs ehtimalını istisna etmir

    21 Dekabr 2025 14:38

    Kamboca və Tailand sərhədində döyüşlər səbəbindən təxliyələr davam edir

    21 Dekabr 2025 11:41

    Kamboca ilə Tailand arasında sərhəd toqquşmalarında ölən mülki şəxslərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 15:13

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    13 Dekabr 2025 12:44

    Taylandın baş naziri ABŞ prezidenti ilə görüş planlaşdırır

    12 Dekabr 2025 11:24

    Tayland və Kamboca sərhədində döyüşlər yenidən başlayıb

    8 Dekabr 2025 16:02

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    7 Dekabr 2025 19:57

    Milli Məclisin sədri Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

    29 Oktyabr 2025 19:58

    Türkiyə 18 ölkənin siyasi partiyaları ilə əməkdaşlıq memorandumu imzalayıb

    18 Sentyabr 2025 15:56
    XƏBƏR LENTİ

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.