Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Hondurasda prezident seçkilərini fələstin əsilli namizəd qazandı

    25 Dekabr 2025 10:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice,Fərid Mikayılov

    Mərkəzi Amerika ölkəsi Hondurasda 30 noyabr tarixində keçirilən prezident seçkilərinin qalibi fələstin əsilli mühafizəkar namizəd Nasri Asfura olub.

    AzerVoice xəbər verir ki, Honduras Milli Seçki Şurasının (CNE) açıqladığı rəsmi nəticələrə əsasən, Milli Partiyanın namizədi Asfura səslərin 40,26 faizini toplayaraq birinci yerə çıxıb.

    “Papi a la orden” ləqəbi ilə tanınan Asfuranın ən yaxın rəqibi, Liberal Partiyanın namizədi Salvador Nasralla 39,54 faiz səslə ikinci olub.

    Hakim Azadlıq və Yenidənqurma Partiyasının (Libre) namizədi Riksi Monkada isə 19,19 faiz səslə seçkiləri üçüncü pillədə başa vurub.

    Seçki nəticələrinin açıqlanmasından sonra Salvador Nasralla səslərin tam sayılmadığını əsas gətirərək nəticələri tanımadığını bəyan edib. Namizədlər arasında səs fərqinin az olması və etirazların mövcudluğu səbəbindən səsvermənin yekun nəticələri gecikmə ilə elan olunub.

    Honduras Milli Seçki Şurasının sədri Ana Paola Hall seçki prosesi zamanı texniki problemlərin yaşandığını təsdiqləyərək, yekun nəticələrin gecikə biləcəyi barədə əvvəlcədən məlumat vermişdi.

    Nasri Asfuranın siyasi fəaliyyəti

    8 iyun 1958-ci ildə paytaxt Tequsiqalpada anadan olan Nasri Asfura biznes sahəsindən siyasətə gələn şəxslərdən biridir. O, Tequsiqalpa şəhərinin meri vəzifəsində iki müddət çalışıb və bu dövrdə nəqliyyatın yaxşılaşdırılmasına yönəlmiş iri infrastruktur layihələrinin icrasına üstünlük verib.

    Prezidentlik kampaniyası zamanı Asfura maliyyə sabitliyi, məşğulluğun artırılması və istehsal yönümlü infrastrukturun gücləndirilməsi məsələlərini əsas prioritet kimi təqdim edib. O, eyni zamanda kənd təsərrüfatı və heyvandarlığın dəstəklənməsi, nəqliyyat bağlantılarının təkmilləşdirilməsi və yerli iqtisadiyyata dərhal təsir göstərəcək layihələrin həyata keçirilməsi vədləri ilə çıxış edib.

    Nasri Asfura 2020-ci ildə çirkli pulların yuyulması, dələduzluq və dövlət vəsaitlərindən sui-istifadə ittihamları ilə gündəmə gəlsə də, bu iddiaları rədd edib. O, həmçinin beynəlxalq korrupsiya araşdırması olan Pandora Sənədləri ilə heç bir əlaqəsinin olmadığını bildirib.

    ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası dövründə Nasri Asfuraya açıq dəstək nümayiş etdirərək, onun qalib gələcəyi təqdirdə Hondurasa genişmiqyaslı dəstək veriləcəyini bəyan etmişdi.

    #Honduras prezident seçkiləri #Nasri Asfura kimdir #Fələstin əsilli siyasətçi #Honduras Milli Seçki Şurası (CNE) #Hondurasda siyasi proseslər #Mərkəzi Amerika seçkiləri #Honduras Milli Partiyası #ABŞ–Honduras siyasi münasibətləri #Honduras daxili siyasəti #Donald Tramp Honduras seçkiləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    14 Fevral 2026 21:31

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    14 Fevral 2026 21:13

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    13 Fevral 2026 22:08

    Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərqə göndərilir

    13 Fevral 2026 20:45

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    13 Fevral 2026 07:22
    XƏBƏR LENTİ

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.