Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    2025-ci ildə Netanyahunun xarici səfərləri neçəyə başa gəlib?

    24 Dekabr 2025 11:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin baş naziri Beniyamin Netanyahu ayın sonuna qədər ABŞ-a növbəti səfərə hazırlaşarkən, 2025-ci il ərzində həyata keçirdiyi xarici uçuşların xərcləri açıqlanıb. Məlumata görə, Netanyahu il ərzində dörd dəfə xaricə səfər edib. Bu səfərlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunması ilə bağlı barəsində həbs orderinin verildiyi bir dövrə təsadüf edib.

    Netanyahunun bütün səfər xərclərini, o cümlədən otel otaqlarının qiymətlərini, müşayiət heyətinin yerləşdirilmə xərclərini və baş nazirin istifadə etdiyi “Sionun Qanadı” adlı xüsusi təyyarənin uçuş xərcini açıqlanıb.

    Fevral: Vaşinqton səfəri

    Netanyahunun 2025-ci ildə ilk səfəri 2–9 fevral tarixlərində Vaşinqtona olub. O, Ağ Evdə ABŞ prezidenti Donald Trump ilə görüşüb. Səfər zamanı baş naziri 40 nəfərlik nümayəndə heyəti müşayiət edib. Təhlükəsizlik səbəbindən mühafizəçilərin sayı açıqlanmayıb.

    Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri üçün otel otaqlarının hər biri gecəlik 415 dollara başa gəlib. Netanyahu isə Vaşinqtondakı “Willard InterContinental” otelində gecəsi 5000 dollar olan xüsusi suitdə qalıb. Yeddi gecəlik yerləşmə ümumilikdə 25 min dollar təşkil edib.

    “Sionun Qanadı” adlı xüsusi təyyarə ilə həyata keçirilən bu uçuşun dəyəri 434 min dollar olub. Netanyahunun ofisi digər səfərlərlə bağlı eyni təyyarənin xərclərinin hələ də yoxlanıldığını bildirib.

    Aprel: Macarıstan və ABŞ

    3 aprel tarixində Netanyahu dörd günlük səfərlə Macarıstana yollanıb. Onu 36 nəfərlik nümayəndə heyəti müşayiət edib. Otel otaqlarının gecəlik qiyməti 417 dollar olub. Baş nazir və həyat yoldaşı Budapeştdəki “Four Seasons Gresham Palace” otelində gecəsi 4632 dollara başa gələn suitdə qalıb. Ümumi yerləşmə xərci 18 528 dollar təşkil edib.

    Macarıstandan sonra Netanyahu 6–9 aprel tarixlərində yenidən Vaşinqtona gedib. Bu dəfə də 36 nəfərlik nümayəndə heyəti ilə səfər edib. “Willard InterContinental” otelində adi otaqların qiyməti gecəlik 520 dollar olub. Netanyahu və həyat yoldaşı isə ABŞ prezidentinin rəsmi qonaq evi olan “Blair House”da qalıb. Ofisin məlumatına görə, suite və əlavə 14 otağın xərcləri ev sahibi tərəfindən qarşılanıb.

    İyul: növbəti Vaşinqton səfəri

    6 iyul tarixində Netanyahu Tramp ilə görüş üçün yenidən Vaşinqtona səfər edib. Beş gün davam edən səfərdə onu 41 nəfərlik nümayəndə heyəti müşayiət edib. Bu səfərdə adi otel otaqlarının gecəlik qiyməti 375 dollar olub. “Blair House”dakı suite və təxminən 14 otağın xərclərinin yenə də ev sahibi tərəfindən ödənildiyi bildirilib.

    Sentyabr: BMT Baş Assambleyası

    Netanyahunun son səfəri 23–30 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka olub. Onu 38 nəfərlik nümayəndə heyəti müşayiət edib.

    “Loews Regency” otelində adi otağın gecəlik qiyməti 1199 dollar, suite isə 5999 dollar olub. Yeddi gecəlik suite xərci ümumilikdə 41 993 dollar təşkil edib. Netanyahunun ofisi qiymətlərin yüksək olmasını BMT Baş Assambleyası dövründə əvvəlcədən edilən kütləvi rezervasiyalarla izah edib.

    İsraildə fəaliyyət göstərən Azad Məlumat Hərəkatının icraçı direktoru, hüquqşünas Haydi Neqev Netanyahunun ofisini xarici səfərlərin xərclərini, xüsusilə də “Sionun Qanadı” təyyarəsindən istifadə zamanı, “sistemli şəkildə gizlətməkdə” ittiham edib. Onun sözlərinə görə, məhkəməyə müraciətdən sonra əldə olunan məlumatlar ciddi boşluqlar və ziddiyyətlərlə doludur.

    Hərəkat bildirib ki, xarici səfərlərə xərclənmiş bütün dövlət vəsaitlərinin geri qaytarılması üçün hüquqi mübarizəni davam etdirəcək. Qeyd olunur ki, təşkilat daha əvvəl də Netanyahunun şəxsi evləri, ailə xərcləri və səfərləri ilə bağlı məlumatların açıqlanması üçün dəfələrlə müraciət edib və yüksək məbləğlər üzə çıxıb.

    #AzerVoice Analitik Təhlil Mərkəzi #2025-ci ildə Netanyahunun səfərləri dövlətə neçəyə başa gəlib? #Sionun Qanadı #lüks otellər və milyonluq xərclər: Netanyahunun səfərləri #ABŞ və BMT səfərləri: İsrail baş nazirinin uçuş xərcləri açıqlandı #Həbs orderi fonunda bahalı diplomatiya: Netanyahunun 2025 səfərləri #Azad Məlumat Hərəkatı Netanyahunun səfər xərclərini açıqladı #netanyahu səfər xərcləri 2025 #sionun qanadı təyyarəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ümumi qadağadan dəqiq hədəfləməyə: ABŞ-ın İxvan strategiyası

    28 Dekabr 2025 20:00

    Netanyahunun Somalilandı tanıması İsrail–İran qarşıdurmasını necə dəyişir?

    27 Dekabr 2025 10:03

    Avropa niyə indi Rəcəb Tayyib Ərdoğana ehtiyac duyur?

    23 Dekabr 2025 13:10

    Siyasətdə emosiyalara yer yoxdur: daimi dostluqlar da, əbədi müttəfiqlər də olmur

    23 Dekabr 2025 12:14

    Sanksiyalardan sonra Suriyanın yenidən qurulması: fürsətlər və risklər

    23 Dekabr 2025 11:49

    İsrailin öldürdüyünü elan etdiyi “Qəssam” rəhbəri haqqında nə bilinir?

    14 Dekabr 2025 10:03

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24

    Qərb ölkələrində çoxluğun hakimiyyəti, ərəb dünyasında isə niyə əksinədir?

    23 Noyabr 2025 20:50

    Çayçı oğlu İslamofob Modi, pedofil Epşteyn və İsrail

    22 Noyabr 2025 07:58

    Səudiyyə Ərəbistanı F-35 klubuna qoşuldu

    18 Noyabr 2025 11:44

    Ümmətin tarixində ən böyük faciə şirk faciəsidir

    17 Noyabr 2025 09:49

    İran Hörmüz boğazında neft tankerini saxlayıb

    15 Noyabr 2025 07:00
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Trampdan başqa dünyada həm İsraillə, həm də Türkiyə ilə əla münasibətləri olan yeganə liderdir – Vens

    Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın mətni

    Prezident İlham Əliyev: TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur

    Prezident İlham Əliyev: Tramp marşrutu regionda sülhü gücləndirəcək

    Prezident İlham Əliyev: Tramp-Vens administrasiyasının bizim regiondakı göstərdiyi səylərin ən vacib nəticələrindən biri TRIPP layihəsidir

    Prezident İlham Əliyev: Dünyanın ən güclü dövləti ilə strateji tərəfdaşlığın qurulması bizim üçün böyük şərəfdir

    Prezident İlham Əliyev: Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir

    Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış edirlər

    Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.