Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Trampın hədəfi Qrenlandiyanı işğal etmək deyil, satın almaqdır - Rubio

    7 Yanvar 2026 11:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    ABŞ Dövlət Katibi Marko Rubio, Prezident Donald Tramp administrasiyasının Qrenlandiyanı “işğal etməyi deyil, satın almayı hədəflədiyini” bildirib.

    AzerVoice xəbər verir ki, Rubio Konqres üzvlərinə Venesuelaya müdaxilə mövzusunda etdiyi brifinqdə, Trampın Qrenlandiya planlarına dair açıqlamalarından bəhs edib.

    Konqres üzvlərinin, Trampın Siyasət və Daxili Təhlükəsizlik üzrə müşavir Yardımçısı Stiven Miller kimi yüksək səviyyəli rəsmilərin “agressiv açıqlamaları” səbəbindən Grönlandla bağlı verdikləri suallara Rubio, Trampın Qrenlandiyanı “satın almaq istədiyini” bildirib.

    Rubio rəsmi şəxslərin Qrenlandiya ilə bağlı ifadələrinin “tezliklə baş tutacaq bir işğalın siqnalını vermədiyini”, əsl hədəfin Adanın Danimarkadan alınması olduğunu vurğulayıb.

    Lakin Ağ Ev Tramp administrasiyasının Qrenlandiyanı əldə etmək üçün “ABŞ ordusundan istifadə daxil olmaqla” müxtəlif variantları nəzərdən keçirdiyini açıqlamışdı.

    Tramp 5 yanvarda, milli təhlükəsizlik səbəblərinə istinad edərək, Qrenlandiyaya sahib olmanın vacib olduğunu və bunun xüsusilə Rusiya və Çin qarşısında bir təhlükəsizlik prioriteti təşkil etdiyini ifadə etmişdi.

    ABŞ Prezidenti Tramp, seçildikdən və vəzifəyə başladıqdan sonra Qrenlandiyanın ABŞ nəzarətində olmasının zəruriliyini dəfələrlə qeyd edərək, Adanın mülkiyyəti və idarə olunmasının “mütləq vacib” olduğunu vurğulamışdı.

    O, ABŞ-ın Qrenlandiyanı sahib olmasının “azad dünyanı qorumaq” üçün lazım olduğunu iddia etmiş və bu açıqlamalar Qrenlandiya rəsmiləri və bir çox tərəfdən tənqidlə qarşılanmışdı.

    O dövrdə Qrenlandiya Baş Naziri Mute Burup Eqede isə “Qrenlandiya, Qrenlandiya xalqına aiddir. Biz satıla bilmərik və heç vaxt satılmayacağıq. Uzun müddət davam edən azadlıq mübarizəmizi itirməyəcəyik” deyə açıqlama vermişdi.

    Danimarka Krallığına bağlı Farer adaları ilə birlikdə iki muxtar bölgədən biri olan Qrenlandiya, Danimarkaya 2 min 900 kilometr məsafədə yerləşir.

    #Donald Tramp #Qrenlandiya #Trampın siyasətləri #Tramp administrasiyası #Qrenlandiya buzlaqları real vaxt məlumatları #Trampın fərmanları #Trampın iddiaları #Trampın Avropa siyasəti #ABŞ-ın Qrenlandiya planları #Qrenlandiya Baş naziri Jens-Frederik Nielsen #ABŞ və Qrenlandiya arasında gərginlik #Qrenlandiyanın ABŞ nəzarətinə keçməsi #Qrenlandiyanın strateji əhəmiyyəti #ABŞ-ın Qrenlandiyada maraqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    ABŞ-da Rümeysa Öztürkün deportasiya prosesi dayandırılıb

    10 Fevral 2026 10:27

    Dünyada lağ obyektinə çevrilmişik - Tramp

    9 Fevral 2026 11:06

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    8 Fevral 2026 22:48

    Qərbi Azərbaycan İcması Ermənistan məhkəməsinin addımını revanşistlərin sülhə qarşı cəhdi adlandırdı

    8 Fevral 2026 17:49
    XƏBƏR LENTİ

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı (VİDEO)

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    Lökbatan sakinlərinə müjdə: 206 nömrəli marşrut üzrə müasir avtobuslar xəttə buraxıldı

    DSMF-nin gəlirləri yanvarda 755 milyon manata çatdı: Proqnoz 26 faiz üstələndi

    Ağalı sakinlərinin nəzərinə: Əkin üçün torpaq müraciətlərinin qəbuluna başlanılır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.