Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Dünyanın müxtəlif şəhərlərində Hindistan hökumətinə qarşı kütləvi etirazlar keçirilib

    5 Yanvar 2026 16:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Bakı Təşəbbüs Qrupu dünyanın müxtəlif ölkələrində neokolonializmin yeni və təhlükəli təzahürlərini araşdırmaq və ifşa etmək istiqamətində nəticəyönümlü fəaliyyətini davam etdirir. Bu xüsusda Hindistanın Baş naziri Narendra Modinin siyasətinə qarşı dünyanın müxtəlif ölkələrində baş tutan etiraz aksiyaları diqqəti çəkir.

    AzerVoice xəbər verir ki, belə aksiyalardan biri 24 dekabr 2025-ci il tarixində Vaşinqton, Toronto, Vankuver, London, Milan və Melburn kimi dünyanın müxtəlif şəhərlərində zik fəalları və “Sikhs for Justice” (SFJ) təşkilatının üzvləri tərəfindən Hindistan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirilmişdir. Etiraz aksiyalarının əsas məqsədi zik fəal Hardeep Singh Nijjarın və Osman Hadinin qətlləri ilə bağlı Hindistanın məsuliyyət daşıdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olmuşdur.

    Qeyd edək ki, Osman Hadi Hindistanın Baş naziri Narendra Modinin siyasətini açıq şəkildə tənqid etməsi ilə tanınırdı. Onun “Modinin casuslarını tutun! Onları həbs edin!” məzmunlu şüarlarının sosial mediada geniş yayılmasından sonra Hadi müxtəlif təhdidlər almış, qısa müddət sonra isə müəmmalı şəkildə qətlə yetirilmişdir. Osman Hadi 2025-ci il dekabrın 12-də Banqladeşin paytaxtı Dəkkə şəhərində silahlı hücum nəticəsində ağır yaralanmış və dekabrın 15-də xəstəxanada vəfat etmişdir.

    Kanadalı zik fəal Hardeep Singh Nijjar isə 2023-cü ildə Kanadanın Brampton şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir. ziklər bu qətlin arxasında Hindistan hökumətinin durduğunu iddia edirlər.

    “Ədalət üçün ziklər – SFJ” təşkilatı sözügedən etiraz aksiyalarını “Hindistanın transmilli terrorizmi – Dəkkədən Vaşinqtona qədər” (India’s Transnational Terrorism — From Dhaka to DC) adı altında təşkil etmişdir. Fəallar Hindistanın diplomatik nümayəndəlikləri qarşısında aksiyalar keçirərək Hindistan hökumətini “beynəlxalq siyasi terror” həyata keçirməkdə ittiham etmişlər.

    Aksiyalar zamanı iştirakçılar “Osman Hadini kim öldürdü? Hindistan!”, “Nijjarı kim öldürdü? Hindistan!”, “Hindistan səfirliklərini bağlayın — onlar terror yuvalarıdır!” və “Hindistan dünyanın düşmənidir!” kimi şüarlar səsləndirmişlər.

    Fəallar iddia etmişlər ki, Hindistanın Baş naziri Narendra Modinin rəhbərliyi altında ölkədə tənqidçi səsləri susdurmaq və təsir dairəsini qorumaq məqsədilə “transmilli repressiya siyasəti” həyata keçirilir. Onların fikrincə, Osman Hadi və Hardeep Singh Nijjar məhz bu siyasətin qurbanları olmuşlar. Etirazçılar, həmçinin, Birləşmiş Ştatları və digər beynəlxalq tərəfdaşları sözügedən iddiaları ciddi şəkildə araşdırmağa və Hindistan hökumətinə qarşı müvafiq tədbirlər görməyə çağırmışlar.

    Kanadanın Vankuver şəhərində keçirilən yürüşdə iştirakçılar Hindistan səfirliyinə qədər yürüyərək Modi və Hindistan Kəşfiyyat Xidmətini bu qətllərdə məsuliyyət daşımaqda ittiham etmişlər. Fəallar həmçinin “Modi üçün simvolik cənazə mərasimi” keçirərək Hadinin ölümünü “söz azadlığına qarşı törədilmiş cinayət” kimi qiymətləndirmişlər.

    “Sikhs for Justice” təşkilatı bəyan etmişdir ki, bu aksiyalar yalnız Osman Hadi və Hardeep Singh Nijjar üçün ədalət tələb etmək məqsədi daşımır, həm də Hindistanın diaspor üzərində yaratdığı qorxu siyasətinə qarşı müqavimət hərəkatıdır.

    Qeyd edək ki, Xalistan hərəkatı uzun illərdir Hindistanın Pəncab bölgəsində müstəqil dövlət qurulmasını tələb edir.

    Aksiyaların sonunda “Sikhs for Justice” təşkilatı beynəlxalq ictimaiyyətə müraciət edərək Hindistan səfirliklərinin fəaliyyətinin araşdırılmasını, Osman Hadi və Hardeep Singh Nijjarın qətllərinin beynəlxalq istintaqa təqdim edilməsini və diaspor fəallarının təhlükəsizliyinin təmin olunmasını tələb etmişdir.

    #Kanada #London #Hindistan #Vaşinqton #Narendra Modi #Milan #Bakı Təşəbbüs Qrupu #Pəncab #Dəkkə #Toronto #Vankuver #Melburn #Sikhs for Justice (SFJ) #Hardeep Singh Nijjar #Osman Hadi #Brampton #İndia’s Transnational Terrorism — From Dhaka to DC
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    16 Fevral 2026 18:45

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Kanadada məktəbdə terror aktı baş verib

    11 Fevral 2026 09:29
    XƏBƏR LENTİ

    Azərbaycan və BƏƏ iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.