Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Kolumbiya xarici işlər naziri xarici təcavüz halında hərbi cavab veriləcəyini bildirib

    7 Yanvar 2026 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Kolumbiyanın xarici işlər naziri Rosa Yolanda Villavicencio ölkəsinin suverenliyinə qarşı istənilən xarici təcavüzə hərbi cavab veriləcəyini bəyan edib. Nazir bu açıqlama ilə ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına reaksiya verib.

    AzerVoice xəbər verir ki, Villavicencio çərşənbə axşamı keçirdiyi mətbuat konfransında beynəlxalq hüquqa əsasən dövlətlərin özünümüdafiə hüququna malik olduğunu vurğulayıb.

    “Əgər belə bir təcavüz baş verərsə, ordu milli ərazini və ölkənin suverenliyini qorumağa borcludur”, – deyə nazir bildirib.

    Onun sözləri ABŞ-ın şənbə günü səhər saatlarında Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatdan sonra regionda yaranmış gərginlik fonunda səsləndirilib. Sözügedən əməliyyat nəticəsində onlarla insanın həlak olduğu, Venesuela Prezidenti Nikolás Maduro və həyat yoldaşı Silia Floresin saxlanıldığı bildirilir.

    ABŞ Prezidenti Donald Trump əməliyyatı elan edərkən Qərb yarımkürəsini Vaşinqtonun təsir dairəsi adlandırıb və bunun “Amerika gücünün yenidən təsdiqi” olduğunu deyib. O, hərbi əməliyyatın ABŞ-ın suverenliyinə və vətəndaşlarının həyatına təhlükə yaradanlara xəbərdarlıq xarakteri daşıdığını vurğulayıb.

    Tramp Venesuela Prezidenti Maduronu narkotik alveri şəbəkəsinin rəhbəri olmaqda ittiham edib və ABŞ-da minlərlə insanın narkotikdən ölümünə görə onu məsuliyyət daşımaqda günahlandırıb.

    ABŞ prezidenti bazar günü “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında Venesuela ilə Kolumbiyanı müqayisə edərək, Kolumbiyanı dünyanın ən böyük kokain istehsalçısı adlandırıb və ölkə Prezidenti Gustavo Petro barədə sərt ifadələr işlədib. Mümkün ABŞ əməliyyatı ilə bağlı suala isə “yaxşı səslənir” cavabını verib.

    Petro administrasiyası isə narkotik alverinə qarşı mübarizəni gücləndirdiyini, laboratoriyaların məhv edildiyini və daşımaların qarşısının alındığını bildirir. Keçən ilin noyabrında hökumət son on ilin ən böyük kokain müsadirəsini – 14 ton narkotik vasitənin ələ keçirildiyini açıqlayıb.

    Kolumbiyanın ilk solçu prezidenti olan Petro ABŞ-ın Venesuelaya hücumunu pisləyib və Latın Amerikasını “xarici maraqların qulluqçusu və köləsi” olmamaq üçün birliyə çağırıb. O, ABŞ-ın Cənubi Amerikanın paytaxtını bombalayan ilk ölkə olduğunu bildirib və bunun uzunmüddətli tarixi nəticələri olacağını vurğulayıb.

    Petro həmçinin ölkəsinə qarşı xarici hücum olacağı təqdirdə silaha yenidən sarıla biləcəyini istisna etməyib.

    Xarici işlər naziri Villavicencio isə Kolumbiyanın narkotiklərlə mübarizəni “qətiyyət, fədakarlıq və kompleks yanaşma” ilə apardığını bildirib və Latın Amerikası ölkələrinin suverenliyinə, eləcə də demokratik yolla seçilmiş Kolumbiya prezidentinə qarşı istənilən hədələri rədd etdiklərini deyib.

    #Kolumbiya xarici təcavüzə hərbi cavab veriləcəyini bəyan edib #Kolumbiya ABŞ-dan gələn hədələr fonunda sərt mövqe nümayiş etdirir #Boqota: Suverenliyimiz pozularsa ordu cavab verəcək #Venesueladan sonra Kolumbiya da ABŞ bəyanatlarına reaksiya verdi #Kolumbiya Latın Amerikası suverenliyinə yönələn hədələri rədd edir #Kolombiya’dan dış saldırıya askeri yanıt uyarısı #Bogota #egemenlik ihlaline karşı sert mesaj verdi #Kolombiya: Topraklarımıza saldırı olursa ordu devreye girer #ABD açıklamaları Kolombiya’da tepki topladı #Kolombiya Latin Amerika egemenliğini savunuyor #Colombia warns of military response to any foreign aggression
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsinə əmr gözləmədən cavab veriləcək - Danimarka mətbuatı

    8 Yanvar 2026 02:00

    Fələstinli xristianlar İsrail işğalı şəraitində Miladı qeyd ediblər

    7 Yanvar 2026 21:30

    Sudanda RSF tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında körpələrin də olduğu bildirilir

    7 Yanvar 2026 20:39

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    7 Yanvar 2026 19:59

    Mətbuat assosiasiyası İsrailin Qəzzaya media girişinə qoyduğu qadağanı pisləyib

    7 Yanvar 2026 18:31

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    7 Yanvar 2026 17:26

    Suriya ordusu SDQ-ə qarşı əməliyyata başlayacaq

    7 Yanvar 2026 16:36

    Suriya ordusu Hələbdə PKK/YPG mövqelərini qanuni hədəf elan edib

    7 Yanvar 2026 15:24

    Misir Somalinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib

    7 Yanvar 2026 12:46

    İsrail və Suriya arasında Paris görüşü tarixi nəticələr verdi - ABŞ

    7 Yanvar 2026 12:07

    Ərəb koalisiyası Yəməndə BƏƏ-nin dəstəklədiyi qüvvələrə zərbələr endirib

    7 Yanvar 2026 10:49

    Qəzzada uşaqlar aclıq və travma səbəbindən mənimsəmə qabiliyyətlərini itirirlər

    7 Yanvar 2026 10:02
    Demo
    XƏBƏR LENTİ

    ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsinə əmr gözləmədən cavab veriləcək - Danimarka mətbuatı

    Tarixdə bu gün – 8 yanvar

    Duman səbəbindən bir sıra yollarda sürət həddi endirilib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qusarda Kənd Həyatı layihəsinin qonağı olub

    Malayziyanın Baş naziri Türkiyəyə rəsmi səfərə gəlib

    Fələstinli xristianlar İsrail işğalı şəraitində Miladı qeyd ediblər

    Güləş üzrə Azərbaycan çempionatına start verilib

    Sudanda RSF tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında körpələrin də olduğu bildirilir

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.