BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatın uğurla başa çatdığını, ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşının əməliyyat zamanı ələ keçirilərək ölkə xaricinə çıxarıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada ABŞ silahlı qüvvələrinin Venesuelada planlaşdırılmış hərbi əməliyyatı tamamladiğını bildirib.
Onun sözlərinə görə, əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə koordinasiya şəklində həyata keçirilib və nəticədə Nikolas Maduro ilə həyat yoldaşı saxlanılıb.
ABŞ Prezidenti rəsmi bəyanatında əməliyyatın məqsədli və nəzarətli şəkildə icra olunduğunu vurğulayıb. Əməliyyatın detalları ilə bağlı hələlik ətraflı məlumat verilmədiyi qeyd olunub.
Tramp, mövzu ilə bağlı Floridanın Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirəcəyini də elan edib.
